/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ustad Şəhriyarın ölümündən 28 il ötür

Ustad Şəhriyarın ölümündən 28 il ötür

Oğuz TV: “Heydərbabaya salam” mənzum poemasi ilə xalqımızın ayrılığını, yaşam tərzini bizlərə anladan ustad şair M.H.Şəhriyarın ölümündən 28 il ötür.

Yazdığı şerləri ilə Türk dilinin, Azərbaycan Türklərinin dərdlərini, yaşam tərzini, bayramlarını, millətimizin ayrılığını təsvir edən şair 1906-ci ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində dünyaya göz açan şairin taleyi elə vətənimizin taleyi kimi keşməkeşli, dərd-qəmlə dolu olur. 

Ana dilimizdə ilk şerini 1913-cü ildə yazan şair, Ana dili ilə yanaşı ərəb, fars, fransız dillərini də bilir. Çox gözəl tar çalmaq qabiliyyəti olan Şəhriyar, 1922-ci ildə Tehran universitetinin tibb fakültəsinə daxil olur. Lakin fakültəni bitirmədən ayrılmaq məcburiyyətində qalır. Surəyya adlı bir xanıma olan sevgisi, onun həm universitetdən qovulmasına, həm də sürgün edilməsinə səbəb olur. Nişapurda sürgün həyati yaşayan Şəhriyar yaradıcılığını saxlamayaraq buada şerlər və poemalar yazır.

Çox şer və qəzəlin yazarı olan Şəhriyarın 1954-cü ildə qələmə aldiği “Heydərbabaya Salam” poeması şairin şah əsəri sayılır. 

Azərbaycan və iran ədəbiyyatinda özünəməxsus yeri olan Şəriyar 1988-ci ildə, Təbrizdə gözlərini əbədi olaraq yumdu.

Hər il Şəhriyarın doğum və ölüm günləri Azərbaycan Cümhuriyyəti ilə yanaşı,hələ də Güney Azərbaycanı işğalı altında saxlayan İranda  da müxtəlif tədbirlər və toplantılarla anılırdı. 

Hətta M.H. Şəhriyarın doğum günü İranda “Şer və Ədəb” günü kimi qeyd edilirdi. Bu günlə bağlı müxtəlif tədbirlər və toplantılar təşkil edilirdi. Lakin, Dünən İranın Maarif Nazirliyinin sözçüsü Əliəsgər Şerdust açıqlama verərək bildirdi ki, “Şer və Ədəb” gününün Firdovsinin adına keçirilməsi üçün məclisə layihə irəli sürmüşük. Şərdust hətta İraşd Nazirliyinin bu layihəni qəbul etdiyini də vurğulayıb. 

Məclisdən də layihələrinə müsbət cavab alacaqlarına ümid edən sözçü, gələn ildən Şer və Ədəb gününün Firdovsinin doğum günündə olacağını bildirib. 

Şəhriyarın kiminsə tədbir-toplantısına, onunla bağlı görəcəyi işə ehtiyacı yoxdu, fars molla rejminin Şəhriyarın adından istifadə edərək ədəbiyyat sənət sahəsində ucalmağa ehtiyaci var.

Ruhun şad olsun uşad Şəhriyar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture