/  
Ön yapraq » Oğuz xəbər » Vladimir Putin həyəcan təbili çaldı

Vladimir Putin həyəcan təbili çaldı

Oğuz TV: Bəhmən ayının 4-də (24 yanvar) Rusiya cümhurbaşqanı  Vladimir Putin “Exo Moskva” radiosuna verdiyi müsahibəsində gələcəkdə Rusiyanın yenidən parçalana biləcəyini bildirib.

O, bunu son zamanlar Rusiya daxilindəki Türklərin arasında inkişaf edən Türkçülük və Türk millətçiliyi ilə əlaqələndirib. Putin özəlliklə Tatar Türkləri arasında Türk millətçiliyinin  genişləndiyini vurğulayıb.

Tatrıstanın başkənti Kazanda keçirilən Ergenekonla bağlı toplantı Rusiyanı daha çox rahatsız edib.

Xatırladaq ki, 1 fərvərdin 1371-ci ildə (21 mart 1992) Tatarıstanda əhali arasında Rusiyadan ayrılmaqla bağlı səsvermə keçirmişdilər və əhalinin böyük qismi Rusiyadan ayrılmaq istədiyini bildirmişdi. Lakin Rusiya buna icazə verməmişdi.

Nəzərinizə çatdıraq ki, Rusiyada Türklərin arasında Türkçülüyün belə genişlənməsi və Putinin həyəcan təbili çalması İranı bərk rahatsız edib. İran rəsmləri Rusiyanın aparçalanmasını istəmədiklərini, Rusiyanın parçalanması İranında bütövlüyünə təhlükə olduğunu qeyd ediblər.

Məlumat üçün bildirək ki, müttəfiq olan İran və Rusiya hər zaman işğal altında saxladıqları Türk millətinə qarşı ən vəhşi davranışları ilə bilinirlər. Bu iki işğalçı dövlət, bununla da kifayətlənməyib günümüzdə Suriyada Türkmanlara qarşı insanlıq cinayəti işləməkdədilər.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture