/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərdəbil zindanında qanunsuz saxlanılan milli fəal aclıq eyləminə başladı

Ərdəbil zindanında qanunsuz saxlanılan milli fəal aclıq eyləminə başladı

Oğuz TV: Ərdəbil zindanında həbsdə olan milli fəal 3 gündü aclıq eyləmi keçirir. 

Ötən il 18 aban qiyamı zamanı tutuqlanan Fərşid Piçkanlu artıq 3 gündür ki, zindanda aclıq eyləminə başlayıb. 

Ötən il “Fitilə” olayları zamanı tutuqlanan və haqqında iki qazinin fərqli hökm verdiyi milli fəal Fərşid Piçkanlunun həbs müddətinin bitməsinə baxmayaraq, onu zindandan azad etmirlər. 

Milli fəal da buna etiraz olaraq aclıq eyləmi keçirir. 

Diqqətinizə çatdıraq ki, Fərşid Piçkanluya qazi Cahangiri 3 ay zindan, 30 şallaq zərbəsi təyin etmişdi. Milli fəal verilən cəzaları çəkib və qanuni olaraq şəhrivər ayının 12-də (22 avqust) azadlığa çıxmalıydı. Lakin milli fəalı zindan məsulları azad etmir. Fəalın ailəsinin və özünün bu qanunsuzluğa etirazı isə heç bir nəticə verməyib. 

Əlacsız qalan Fərşid Piçkanlu aclıq eyləminə başlayıb. Artıq 3 gündür ki, o Ərdəbil zindanında aclıq eyləmini davam etdirir. 

Comments,Baxışınız
oguz gif telegram