/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 18ci gün aclıq-Rəsul Rəzəvinin canı təhlükədə

18ci gün aclıq-Rəsul Rəzəvinin canı təhlükədə

 

OğuzTv:Azərbaycanlı milli fəal Təbriz zindanında aclıq aksiyasını dəvam edir.Artıq 18 gün oldu ki milli fəal öz Aclıq eyləmini dəvam etməkdədir.Aldığımız son məlumatda onun sağlıq durumu getdikcə pisləşir.

 Oğuz Tv, milli fəalın ailə yaxınlarından aldığı bilgilərə görə Rəsul bəy aclıq eyləminin 18-ci günündə sağlıq baxımdan çox zəifləyib və ayaq üstdə dura bilmir, gözlərinin altı çöküb və göz bəbəkləri aclıqdan sarı rəngə , danışmasında çox çətinliklə kələmə seçır və dil damağı qurumuş vəziyətdə ağzını açmağda çətinlik çəkir.

 

Təbrizli milli fəal R.Rəzəvi aynı zamanda BMT İnsan Haqları Komissiyasına aclıq aksiyasına başladığını elan edib. Mayın 19-da məhkəmənin ədalətsiz qərarına etiraz olaraq aclıq aksiyasına başlayan Rəsul Rəzəvi tələbi təmin olunanadək aclığı davam etdirəcəyini bildirib.
Güney Azərbaycanda milli fəalar ayrıca  R Rəzəvinin azadlığa buraxılması tələbi ilə Teleqram sosial şəbəkəsində İmzatoplama Kampaniyası keçirir.

Artıq minlərlə insanın qoşulduğu kampaniyaya Azərbaycanlı fəallar tərəfindən xüsusi dəstək verilir. Rəsul bəy rəzəvidəstək verən fəallar həqiqi adları ilə kampaniyaya qoşulur və onların adları  Kampaniyanın Teleqram səhifəsində elan olunur. Kampanyaya burdan qoşula bilərsiniz  https://telegram.me/joinchat/BlCiqj6Y8RQVxAFkh9aHOQ

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture