/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 21 Azər Bayramınız Qutlu olsun

21 Azər Bayramınız Qutlu olsun

OğuzTv:Azərbaycan parçalandan günümüzə Güney Azərbaycanda Azərbaycan milli hərəkatı öz mübarizə tarixində önəmli günləri yaşadıbdır. Bu mubarizədə Qanlı Şanlı 21 Azər 1324-ci ilin (12dekabr1945)başqa yeri vardır. 21  azər Güney Azərbaycan milli hökümətinin quruluşu və Azərbaycanın Güneydə Dövlətçilik bayramıdır.1945də Azərbayvan türk milləti Milli- demokratik böyük devrim(İnqilab) başardı.  Güney Azərbaycan dövlətinin yaranışı və 1 il başarılı islahat və yönətim Azərbaycan türkləri üçün siyasi və milli təcrubə və unutulmaz xatirələrdə buraxmışdır ona görə 21Azər Azərbaycan Türk milləti  üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür.

 

21Azər ya 12 dekabr tarixinidə Güney Azərbaycan Milli Hökumətinin təşkil edilmiş ancaq  elə bir ildən sonra iran rejiminin böyük siyasətilə həmin gün süquta uğramasıdır.İkinci dünya müharibəsi və müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan “Soyuq müharibə”nin məhz Güney Azərbaycandan başlanması barədə  Azərbaycan elmində deyil, dünya tarixşünaslığında önəmli hadisə sayıla bilər.

Güney Azərbaycandakı hadisələr, xüsusilə “21 Azər” hərəkatı “Soyuq müharibəni”  başladı desək daha doğru olar.

İkinci dünya savaşının  başlaması qan-qada ilə bərabər, bir sıra diktatorlar zəyifləyib və əsir xalqların azadlıq arzusunu gerçəkləşdirməsinə gətirib çıxarsada Azərbaycan ikinci dünya muharibəsindən sonra başlanan soyuq muharibənin ilk qurbani olmuşdur.Xiyabanin yaratdığı “Azadistan Azərbnaycan “dövləti  suquta uğradiğdan sonra  Güney Azərbaycanda  milli-azadlıq hərəkatı tekrar 1940-45 ci illər arasında öz gücünü toparlayıb  və  Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə böyük bir devrim və inqilab başlatdı. Qısa zamanda Pişəvərinin başçılıq etdiyi xalq fədailəri Güney Azərbaycanın bütün yaşayış məntələlərini fars işğal qüvvələrindən və iran dövlətinin  hakmiyətindən azad etdilər.

Şəhərlər təmizlikdən sonra son şəhər 12 dekabr 1945-ci ildə, Təbriz saatilə 20:30 da tam azad olur və Xalq vəkilləri və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurlur. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu gündə Güney Azərbaycanda iran rejiminin basqıları altında böyük hörmətlə əzizlənir.

Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin,Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qan və soyqırım ilə nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək olaydır. Bu 21 Azər ona görə adlanır ki,  Günəş (Şəmsi)təqvimi ilə bu hərəkat 21 Azər ayında, 12 dekabrda baş verib.

Milli Hökümət türk millətin  ilə mühüm işlər görüb. Belə ki, 19 yanvar 1946  Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin, 23 mart 1946-ci ildə Dövlət Teatrının , 4 iyul 1946-ci ildə Azərbaycan Radioverilişləri Agentliyinin, 6 iyun 1946-ci ildə Təbriz Dövlət Universitetinin, eləcə də xeyli sayda orta ümimtəhsil məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökümət reallaşdırdı.

1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tuturdu.

21 Azər hərakatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin sürətli nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu.

Güney Azərbaycan Milli Höküməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanların nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı.

Milli Hökümət sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər vardı.

Güney Azərbaycan Nizami işğalının ardından 50 mindən aşqın Azərbaycan türkü qətl edildi və 10çinlərcə  sürgünə göndərildi.
Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi quzey Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib.

Bu gün Güney Azərbaycanda Azərbaycanlılar öz haqları, hüquqları uğrunda yenə ayaqdadırlar.Qanlı Şanlı 21 Azər Bayramınız Qutlu olsun.

Yaşasın Mustəqil Güney Azərbaycan dövlətçiliği

Yaşasın Mustəqil Bütöv  Azərbaycan

Oğuz Media

 

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram