/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 25000 Azərbaycan Əsgəri Təlimdə,Azərbaycan Zabitləri Nato`da kursda

25000 Azərbaycan Əsgəri Təlimdə,Azərbaycan Zabitləri Nato`da kursda

OğuzTv:Silahlı Qüvvələrimiz 2016-cı il üçün hazırlıq planına uyğun olaraq  dünən ,iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilir.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

 Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu məntəqədə və Naxçıvanda , eləcə də Xəzər dənizi müəyyən edilib.

 Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, iyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya (ilətişim) və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa ) NATO-nun “MAREVAL” kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya ) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture