/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “26 -27Azər” Güney Azərbaycanın iran tərəfindən işğalı və türkcə kitabların yandırılmasının ildönümüdür-Video

“26 -27Azər” Güney Azərbaycanın iran tərəfindən işğalı və türkcə kitabların yandırılmasının ildönümüdür-Video

OğuzTV:“26 Azər- 27 Azər ” 16 dekabrdan  17 dekabra keçən gecə Ş Güney Azərbaycanın işğalı və Güneydə türkcə yazılmış kitabların və dövlət sənədlərin  yandırılmasının 70 ci ildönümüdür. 09-17 dekabr 1946 ci ildə 1həftə boyunca fars şovinisti xarici ölkələrin gücü və yardımıla ,Azərbaycana hücum edib, Azərbaycan milli hökumətimnı süquta uğratdıqdan sonra , Güney Azərbaycanı qan tökərək nizami işğal edib, türk dilində olan kitablara oda çəkib,qadın kişi uşaq demədən 50mindən aşqın türkü qətliam edib. Şahın işğalçı və  şovinist qüvvələri bu dəfə millətimizin ədəbiyat, dil və mədəniyətini belə hədəfə alıb türkçə olan əsərlərədə rəhm etmədilər.

26 dekabirdan 27 dekabere geçən gecədə Azərbaycanın bütün şəhərlərı işğal olur və iran yönətimi altına girir  ,Həmin gecə minlər Türk şəhidinin qanı axan şəhərlərdə  100 minlərlə Azərbaycan türkcəsində yazılmış kitab, təhsil ocaqlarından, kitabxanalardan, şagirdlərin xüsusi kitabxanasından və türkçə dövlət sənədləri s. toplanaraq, türk şəhərlərinin mərkəzi meydanlarında yandırılıb və bu gecə böyük eyləncə yola salıblar. Bununlada insan qatilləri öz atababa kültürlərinə uyqun bizim kitab, ədəbiyat və mədəniyətimizə vəhşicəsinə saldırıb və millətimizin mənəvi yaddaştında əbədi bir iz buraxıblar.

Oğuz Xəbər otaqı və Oğuz media kadroları olaraq əsrin böyük cinayəti olan Güney Azərbaycanın işğalının 70-ci ildönümün  (1946-2016) qınıyırıq və Azərbaycan milli hərəkatının , azadlıq və istiqlaliyət uğrunda apardığı mücadiləsində uğurlar diləyirik .
Gələcək Azərbaycanın və qoca türk millətinindir
Yaşasın Azad,mustəqil bütöv Azərbaycan
Yaşasın qanlı şanlı 21 Azər devriminin adı  və yadı
Oğuz Media
 

 

Comments,Baxışınız
oguz gif telegram