/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Aclıq eyləmində olan milli fəalların durumu ağırlaşdı

Aclıq eyləmində olan milli fəalların durumu ağırlaşdı

Oğuz TV: Artıq 10 gündür ki, Milad Əkbəri və Əli Həmzazadə aclıq eyləmini davam etdirirlər.
Güneydən əldə etdiyimiz bilgiyə görə, artıq 10 gündür ki, eyləmə davam edən fəalların sağlıq durumunun ağırlaşıb.
Hələ də ettelaatın təcridxanasında saxlanılan fəalların ailələrinə zəng edən rejmin məmurları ailələrin uşaqlarına aclığı dayandırmaları üçün təzyiq göstərmələrini tələb ediblər.
Milli fəalların sağlıq durumlarının gündən-günə pisləşməsi məmurları qorxuya salıb. Onların aclıq eyləmlərini dayandırmaları üçün əllərindən gələni etsələr də lakin, milli fəallar hələki təslim olmur.
Xatırladaq ki, bu iki milli fəal 30 iyun tarixində “Qüds günü”ndə səbəbsiz yerə tutuqlanaraq rejmin Təbrizdəki ettelaat idarəsininin təcridxanasına salınıblar. Onlar qanunsuz tutuqlandıqları üçün buna etiraz olaraq artıq 10 gündür ki, aclıq eyləmi keçirirlər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture