/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Azərbaycan Ordusunun yaranmasından 98 il ötür.

Azərbaycan Ordusunun yaranmasından 98 il ötür.

Oğuz TV: Bu gün Azərbaycan Ordusunun yaranması günüdü.
1918-ci il 28 mayda Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Görülən işlərdən biri də ordu quruculuğu idi.
AXC yarananda Azərbaycanda milli ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.
26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi.
Beləliklə, Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi.
Qısa müddətdə Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf bölgələri erməni-bolşevik işğalından azad etdi.
Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
İlk Cümhuriyyətin Milli Ordusu Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallara, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçilərə sahib olub.
1991-ci ildə Azərbaycan ikinci dəfə öz bağımsızlığını elan edəndən sonra yenidən ordu quruculuq işlərinə başladı. Lakin I Qarabağ savaşının başlaması ilə könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı.
1992-ci il oktyabrın 9-da prezident Əbülfəz Elçibəyin başqanlığı ilə Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.
Bu gün bölgədə ən güclü ordular sırasında olan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture