/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bugün İlaxır çərşənbə olan torpaq çərşənbəsidi

Bugün İlaxır çərşənbə olan torpaq çərşənbəsidi

Oğuz TV: Bugün Baharın gəlişindən xəbər verən 4 çərşənbədən sonuncu olan İlaxır çərşənbədi.

Gələnəyə görə, bu çərşənbədə insanlar səhər tezdən bulaq başına gedər,suyun üstündən atlanar və ürəklərindəki diləkləri suya danışarlar. İnsanlar təzə paltarlarını geyinər, küsülülər barışar, adət üzrə qulaq falına gedilər. Qulaq falına gedənlərin nigaran qayıtmamalar üçün o gün bütün evlərdə xoş sözlər danışılar.

Bugün bütün evlərdə plovlar dəmlənir, süfrələr bəzənir və tonqallar qalanaraq ətrafına toplanılır.

Baharın gəlişinin müjdəçisi olan ilaxır çərşənbə mərasim, ayin, oyun və şənliklərlə ən zəngin olanıdı. Çünki həmin günün mərasimləri həm suya, həm oda, həm yelə, həm də torpağa inamı əks etdirir.

Son çərşənbəniz qutlu olsun əziz soydaşlarımız.

Comments,Baxışınız
oguz gif telegram