/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Çillənız qutlu olsun

Çillənız qutlu olsun

Oğuz TV:”Buludunuz yağar, suyunuz axar, ocağınız yanar olsun. Yuxunuz şirin, ürəyiniz dərin, ömrünüz Çillə gecəsi kimi uzun olsun. Çillə gecəniz qutlu olsun.” 
Bu cümlələr son günlərdə bir çox turan ellərində başda Güney Azərbaycanın şəhərlərində ilin ən uzun gecəsi və ili ən qıssa gündüzü münasibəti ilə ağızlardan eşidilir. 

Çillə Gecəsi Qədim türk törəsidən gələn Türk  Şamanıst inancından gələn bir bayramdır,Səlcuqilər dövrü astronomi (Nucum) bilgilər üzərindən milli bayramlar (Çillə ,Son çərşəmbə ,Yeni  günəş ili ya novruz  )kimi qeyd olunur.

Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Çillə şənlikləri Şəmsi təqvimində Azər ayının sonu, Milad təqvimində isə dekabrın 20-i, ya da 21-də keçirilir. Farslar min illər tür hakmiyəti altında olduğlarından dolayı bu bayramı digər türk törələri kimi “Yəlda adıla mənimsəyiblər. Yəlda Ya Yilda türkçə kökənli bir sözdür və farslar bugün bunuda digər Azərbaycan varlığları kimi özlərinə çıxmağa çalışılar.
Bütöv Azərbaycan şəhərlərində bu gecə üçün hazırlıqlar ən azı bir həftə öncədən başlayır.
Bu gecə Türk millətinin ağ saqaları və ailə böyükləri   yaz sezonundan saman altındas axladığı meyvələri  və kişmiş kimi yemişləri çəxarıb qohumlar və ailə fərdlərini bir arya gətirərk ,sabah kimi məhbət edib  ,bayti  və şeir oxumaq, rəqs etmə .. və bu kimi şənlikllər keçirir.Günümüzdə Quzey Azərbaycanın bəzi böyük şəhərlərində bu  atababa ənənəmiz yadlardan çıxmaqdadır.

Şəhərlərin mərkəzlərində meyvə və şirniyyat dükanları qalabalıq olur. Qarpız Çillənin əsas simvoludur, amma Azərbaycanın bəzi bölgələrində qarpızdan başqa, o bölgələrə məxsus olan şirniyyat və meyvələr də çillə süfrəsinin ayrılmaz hissəsi olub. Məsələn Savə şəhərində nar, Urmiyədə isə cəviz halvası  keşir halvası bu bayramın əsas atributlarındandırlar.Çillə gecəsi yaxınlaşdıqca bazarda qiymətlər ciddi şəkildə artmağa başlayır.

Güney Azərbaycan da çillə ərəfəsində Qarpız kimi meyvələr ,bir çox şəhərdə,müştərk olmaqla bəzi şəhərlərdə quru yemişlər fəqrlı çeşitlərdən olur  o cümlədən,Təbriz, Urmiyə ,Zəncan, Savə, Həmədan və Ərdəbil kimi şəhərlərdə yemişlər bir birindən  fərqlı olur.Urmiyə Doşab halvası ,Təbriz Pişmaniyə ,Ədəbil yerkökü halvası,Xoy quru tut …

 

Çillə gecəsi İranda əsir Azərbaycan vilayətləri və başqa bölgələrlə yanaşı Quzey Azərbaycan Cumhuriyyətində özəliklə Naxçıvan muxtar respublikası və Türkiyənin Azərbaycanlı şəhərləri Van, Qars və İğdır vilayətlərində qeyd edilir.

Sevincləriniz bu gecə kimi uzun ,qəm kədəriniz bugün kimi qıssa olsun ,Çillənız qutlu olsun…Oğuz Medya

Comments,Baxışınız
oguz gif telegram