/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » DiKaprio Urmu gölündən danışar danışmaz ,Azərbaycana dəvət olundu

DiKaprio Urmu gölündən danışar danışmaz ,Azərbaycana dəvət olundu

OğuzTV:05 06 2016 tarixində Leonardo DiKaprio Güney Azərbaycanda Urmu gölünün qurutulması haqda İnstaqram veb səhifəsində məlumat yayıb.Hollivud ulduzu Azərbaycanda  müsbət qarşılanıb.

Urmu millət vəkilləri Urmu Gölünü Canlandırma Mərkəzi Hollivud ulduzunun bu hərəkətini alqışlayaraq ona gölü yaxından görmək üçün  dəvət ünvanlayıb.

Urmu şəhərindən seçilən millət vəkili Seyid Hadi Bəhaduri məşhur aktyora Urmu gölünün görüntüsünü İnstaqram səhifəsində yaydığına və gölə olan münasibətinə görə öz təşəkkürünü bildirib. S.H.Bahaduri dünya ictimaiyyətinin diqqətini Urmu gölünə yönəltmək məqsədi ilə Leonardo DiKaprionu Azərbaycana gəlməsini və Urmu gölünü yaxından görməyə dəvət edib.

“Bir zamanlar bu göl Yaxın Şərqdə ən böyük duzlu göl idi. Amma indi iqlim dəyişikliyi, bənd təmiri və çöküntü səbəbindən göldə suyun cəmi beş faizi qalmaqdadır”- deyə Dikaprio bildirib.

Gölün qurumasından narahat olan  ulduz ekoloji böhranı dünya ictimaiyyətinin diqqətinə çatdırıb. O, mesajında gölün qurumasının qarşısını almaq üçün heç bir tədbirin görülmədiyinə işarə edib2069224

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture