/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » GÖZÜN AYDIN, AZƏRBAYCAN

GÖZÜN AYDIN, AZƏRBAYCAN

OğzuzTV:O… erməni təcavüzünün Qarabağdakı yandaşıydı, həm də Laçın və Şuşanın işğalında birbaşa əli var idi.
Onun iştirakı ilə müsəlman, xalq hərəkatına qarşı hücumlarda Təbriz yenidən irticaçı qüvvələr tərəfindən işğal oldu və xomeynin ağılsız başına bu adam ağıl qoyaraq istəyirdi Təbrizi bombardman etdirsin.

 

iran adlanan yerdə İslam adı ilə ortaya gələn inqilabın əsas memarlarından biri olan haşimi rəfsəncani bəhrimanı əkbər özündən artıq cinayətkar olan və onun öndəri olan ruhullah xomeyniyə qovuşdu.
iran adlanan yerdə keçmiş və bugünkü rejimdə cinayətkar çoxdur, lakin hədsiz-hesabsız cinayət edənlərin başında duranlar və aparıcı rola malik olanlar beş nəfərdir – şah adını qəsb edən savadsız rza palani, bütün murdarlıqlara bulaşan oğlu məhəmməd rza, bunların hamısını geridə qoyan ruhulla xomeyni, xomeyni ilə yan-yana oturan və onun qədər cinayətkar və qaniçən olan haşimi rəfsəncani əkbər və bu dörd nəfərin davamçısı olan təəssüflə hələ həyatda olan seyid əli hüseyni xameneyidir.
Son 37 ildə əkbər rəfsəncani iran adlanan yer və bölgədə olan və habelə dünyada baş verən cinayətlərin çoxunda əli və rolu olub. O, o qədər irticaçı və geriqalmış qaniçən idi ki, hələ iran adlanan yerdə əsarətə alınmış millətlər ki heç, öz yaxınlarına belə rəhm etmirdi. Onun xaç atası olan terrorist nəvvab səfəvidən bir xülya başına düşmüşdür ki, İslam dünyasında barmaq sayda olan İslam şiə fədailəri təkcə İslam dünyasına yox, bütün dünyaya sahib çıxacaqlar. Bu gözünü qan tutmuş cinayətkar iran adlanan yerdə inqilab olan gündən heç kimsəyə rəhm etmədi, minlərlə insanın günahsız olaraq işgəncəsinə və ölümünə hökm verdi.
Bu üzdən iraq savadsız mollacıq şeyxin sağ əli olan dəli, qaniçən əsədullah lacəvərdi üzdən iraq inqilab prokuroru adıyla azyaşlı qız və oğlan uşaqları və hətta yaşlı insanlara belə evin zindanında rəhm etmədi. iran adlanan yerdə əsarətdə alınmış millətimizin gənclərini xomeyni-səddam savaşında qırğına verdi. Bu məlun, cinayətkar şeyx irticaçılığı qədər də şovinist idi. O üzdəniraq iran adlanan yerin sevdalısı və bədnam fars etnik qrupunun vurğunu idi. O, öz yaramaz prezidentlik dövründə Azərbaycanın güneyini tam farslaşdırmaq istəyirdi. erməni təcavüzünün Qarabağdakı yandaşıydı, həm də Laçın və Şuşanın işğalında birbaşa əli var idi. Onun iştirakı ilə müsəlman, xalq hərəkatına qarşı hücumlarda Təbriz yenidən irticaçı qüvvələr tərəfindən işğal oldu və xomeynin ağılsız başına bu adam ağıl qoyaraq istəyirdi Təbrizi bombardman etdirsin. Onun prezidentlik dövründə iran adlanan yer və xarici ölkələrdə bu cinayətkarın əmri və əli ilə saysız hesabsız qəddar terrorlar oldu. Bu terrorların bir başı Tehran, o biri başı Buenos Airesə qədər belə çatdı.
Mollalar hər zaman tülkülüklə məşhurdurlar. Lakin bu şeyx lap şeytanın da üzünü ağ etmişdi. Onun neçə masqası var idi, lazım gələn yerdə bir masqanı çıxarıb, başqasını taxırdı. Gücü çatanda dişləri kaftar dişindən də iti olurdu. Aldatmağa gələndə özünü tülkü simasına salırdı və oxşarlığı da var idi. Bu Tehran rejiminin böyük eybəcərliyi və onunla birgə bacarıqları da var idi. Yəni ki, dünənki cinayətkar, qaniçən adamı bu gün bu əsarətdə olub cinayətlərə məruz qalan millətlərə iran adlanan yerdə öz müxalifəti kimi sırıyır. Dırnaqların ucundan başına qədər qana bulaşmış rəfsəncani bəhrəmani ilimlı qanadın başçısı və yaxud bugünlərdə seyyid əli xameneyinin Pastur küçəsindəvə qonşuluğunda istirahətə baxan və bu cinayətlərinə şərik olan mirhüseyn musəvi və mehdiye kərrubini rejimin muxalifəti kimi bu millətlərin gözünə soxurlar.
Rəfsəncani qədər irticaçı və şovinist bir də özü idi. O, özünü Qacar sülaləsinin atlarına qaşov çəkmiş mirzə tağı və sonra Qacar mərhəmətiylə baş nazirliyə çatan, adını əmir kəbir qoyub, nankor çıxıb və Türk dövlətçiliyinə xəyanət edib, haqlı cəzasını çəkən əmir kəbirlə eyni sayırdı. Son günlərdə o məlunun adı gələndə ağlayırdı. Özünü o xətakarın davamçısı hesab edirdi. Rəfsəncaninin cinayətləri ailəsiylə birlikdə talançılığı hədsiz-hesabsızdır. O və onun ətrafındakılar qan tökməklə birlikdə iran adalan yerdə yeraltı və yerüstü nə var idisə hamsını taladılar.
Biz Türklərin bir ənənəsi var insanlar həyatını dəyişəndən sonra onun arxasınca xoşagəlməz sözlər deməzlər, lakin bu məlun kosa insanlıqdan heç bir şey qanmamışdır ki heç, insan həyatının və millətlərin düşmanı idi. iran adlanan yerin bütövlüyünün qoruyucusu, irtica qalasının baş komandiri, terrorla oğurluğun tam ustasıydı. Azərbaycanın o tay- bu tayının dərin düşmanıydı. Türk millətini görəsi gözü yox idi.
Bu şeyxi-şəyyad Allahdan o qədər qorxmurdu ki, iran adlanan yerin parçalanması, fars şovinist irtica qalasının dağılması və Azərbaycanın güneyinin müstəqilliyindən qorxurdu. Bu cinayətlərə məruz qalan millətlərə və insanlara murdar əməlləriylə birlikdə indiki baş cinayətkar seyyid əli xameneyini hamının başına bəla etməsi idi. Öz ustadı qaniçən xomeyniyə qoşulduğu kimi millətlərin canına qənim kəsdiyi seyyid əli xameneyi və bu üçlüyün qurduqları rejimin də məhv olub bunlarla bərabər yer üzündən getməsi hər birimizin arzusudur. Kimsələr hissiyata qapanıb çox şeyləri yaddan çıxara bilərlər, lakin Azərbaycan Türkləri bu dərin murdarlıqların dağarçığı olan rəfsəncaniləri yaddan çıxarmamalıdır. Rejim çalışacaq ki, bu cinayətkarın ölüsündən belə bir türlü istifadə etsin. fars irticaçı rejimlərin o qanad – bu qanadı ilımlı və yaxud sərt dəstəsi yoxdur, bunlar hamısı bir qara paranın iki üzüdür. Cinayətkar, irticaçı və şovinistdirlər. Bir sözlə Türk millətinin və Azərbaycanın düşmanıdırlar.
Millətimizi və ölkəmizi bunlardan uzaq tutmalıyız. Heyiflər olsun ki, bunlar ədalətli məhkəməyə tapşırılmadan, cəzalarını görmədən yer üzündən itilib gedirlər. Minlərlə insanımızın qanını içib, haqqını tapdalayan cinayətkarlardan biri əskik oldu.
Gözün aydın, AZƏRBAYCAN!… – Əjdər Tağızadə
Comments,Baxışınız
oguz gif telegram