/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycalı milli fəal İsrafil Fətullahzadə tekrar məhkəməyə çağrıldı

Güney Azərbaycalı milli fəal İsrafil Fətullahzadə tekrar məhkəməyə çağrıldı

Oğuz TV: 10 gün ərzində ikinci dəfə olaraq Güney Azərbaycalı milli fəal İsrafil Fətullahzadə məhkəməyə çağrıldı. Milli fəala gələn çağrış bəlgəsinə əsasən , 5 gün ərzində ( 13 mart dan öncə)özünü fars rejiminin Əhərdəki İnqilab məhkəməsinə tanıdırmalıdır  . 

Məhkəmə savcisisinin(dadsetanin) hazırladığı dosyası əsasinda 5 gün içərisində milli fəal məhkəmədə hazır olub  və özünün son mudafiyə və savunmasını “ölkə təhlükəsizliyini pozmaq  və iran adlanan ölkənin milli əmniyətini  təhlükəyə atmaq” ittihamları qarşısında sunmalıdır.

Xatırladaq ki, son bir həftə içində fars rejimi Əhər,Xiyav,Ərdəbil şəhərlərindən olan 10-lar  Azərbaycan milli fəallarını məhkəməyə çağrış bəlgəsi yollayıb.Milli fəalların məhkəməyə çağrılmalarının səbəblərindən biri 2014 ci ilinin noyambr ayında günlərcə Güney Azərbaycanda baş verən milli qiyamda iştirak (“Fitilə” olaylarında_Aban Qiyamı) və xiyaban  eyləmlərinə qatılmaqda günahlandırılıblar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture