/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneyli gənclər Qarabağ savaşına qatılmaq üçün əmr gözləyir

Güneyli gənclər Qarabağ savaşına qatılmaq üçün əmr gözləyir

Oğuz TV: Qarabağda dünən axşamdan başlayan savaşa, bugün Güney Azərbaycan Türklərindən dəstək gəldi.
Güneyidən əldə etdiyimiz bilgiyə görə, Güney Azərbaycanın Muğan, Aslanduz bölgələri başda olmaqla, bir sıra şəhərlərin gəncləri Araz sərhədində bir araya toplaşaraq Qarabağ savaşına hazır olduqlarını, orduya qatılıb savaşmaq istədiklərini dilə gətirdilər.
Onlar səbirsizliklə  Qarabağ azadlıq xəbərini və ya bu savaşa daxil olmaq izini gözləyirlər.

Güneyin sosial şəbəkələrində yayılan paylaşım və xəbərlərə görə,  Güneyli gənclər Quzey Azərbaycan dövlət yetkililərinə səslənərək, güneyliləri də Azərbaycan vətəndaşları kimi savaşa almaqlarını istəyiblər.
Yüzlərlərlə Facebook və Telegram səhifələrində Azərbaycan dövlətinə bu kimi müraciətlər görmək mümkündür .

Bu slaydşou üçün JavaScript lazımdır.


Güneylilər öz paylaşımlarında “Güney gənclərini muxateb alaraq  Qarabağ savaşına hazır ol” kimi başlıqlar atıblar  . Bəzi paylaşımlarda Güneyli gənclər Ermənistanın birinci tərəfdaşı olan İran dövlətinə ağır uyarılar veriblər. Onlar İran dövlətindən öz ermənipərəst siyasətinə son verməsini və ikiüzlü oyunlarına son qoymasını  istəyiblər , əksi təqdirdə ” Azərbaycan 9milyonla deyil, 50 milyon la qarşınızda olacaq ” deyə iran dövlət başçısına xəbərdarlıq ediblər.

Qeyd edək ki, dünən axşam saatlarından başlayan savaş hələ də davam edir. Bu zamana qədər olan bilgiyə görə, Ordumuz 12 Şəhid verib, 2 kəndimiz düşmən işğalından azad edilib. İşğalçı ordunun isə 100 dən artıq itki verdiyi bildirilir.

 Oğuztv photo_2016-04-02_21-48-52

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture