/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » iran rejimi Azərbaycanlı mədən işçilərini belə qamçıladı

iran rejimi Azərbaycanlı mədən işçilərini belə qamçıladı

OğuzTv:Azərbaycanın mədənləri və milli sərvətlərini talan edən fars rejimi ,mədənləri sökməkdə yerli Azərbaycan əhalisini keçici muqavilələri ilə iş alır sonrada işçilərin huquqların ödəmədən onları öz iş əmniyəti üçün işdən qovur.
2014 ci il Güney Azərbaycanın varlı şəhərlərindən olan Tikantəpədə(Tikap) 350 nəfər  “Ağdərə “qızıl mədənində işləyən bir çox Azərbaycanlı mədən işçiləri olub , iran rejimi aylarca fəhlələri işlədib və huquqların ödəmiyəndən sonra işdən atıb və iş muqavilələrinə təzminat vermədən sonqoyub.İran xəbər Agentlərinin yaydığı məlumata görə , neçə Azərbaycanlı mədən işçsisi evinə aylar çörək aparamiyib və bunun üstünə işdən qovulunca ,öz canına qıyıb.

Rejim etiraz edən çoxsaylı mədənçiləri tutuqlayıb ,Batı Azərbaycanda yerləşən iran Cəza məhkəməsinin 101 numrəli bölümü(Şobəsi) “Rejimin mədən  məmurlarına  və məsularına etiraz və həqarət” “hay-küy və qışqırıqla xalqın iş və fəaliyyətinə mane olmaq”, “şirkətin gözətçisini təhqir etmək”, “şirkətin gözətçisini saxlayıb və geyiminə xəsarət vermək” və “şirkətin lövhəsini qəsdən təxrib etmək” ittihamları ilə günahlandırıblar.öz qondarma məhkəmələrində bir çox  işdən qövülmüş Azərbaycanlı işçiyə 500 min tümən nəqdi cərimə və 15 aydan 37 aya qarası həbs cəzası verib ,həmin məhkəmə 17 nəfər işçinin qamçılanmasına da(şallaq) hökm oxuyub .

 

Şallaq zərbələrinə məruz qalan 17 mədən işçisi 2014-cü il dekabrın 27-də 350 işçinin Ağdərə Mədənindən qovulmasına etiraz olaraq təşkil olunan aksiyaya qatılanlar arasında olublar. Həmin askiya zamanı etirazçılar arasından bir neçəsi intihara cəhd edib.Bugün 27  may “7 xurdad 1395” rejim  qamçı hökmünü icra edib.

Tikantəpənin Zərşoran  Ağdərə mədənləri Azərbaycanın və hətta İran coğrafiyasının ən böyük iki qızıl mədəni olmaqla yanaşı, Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadır.Xatırladaq İranda Mədənlərın 92% Güney Azərbaycanda yerləşır ki buda ortadoğunun 35% mədənləri deməkdir .
İran iqtisadçıların öz etirafina görəGüney Azərbaycanın  7  əyalətinin mədənlərinin gəliri , 7 qat daha Əhvaz neftinin gəlirindən fars rejiminə qazanclıdır,Ki buda hər Azərbaycan əyalətinin mədən gəliri və iqtisadi potansiyeli  Əhvaz nəft quyularıla bərabərlik edir deməkdir.

Mis,Gümüş, qızıl,mərmər , və çox saylı sərvətlər fars rejimin əlilə Azərbaycandan sökülüb və ton ton Fars bölgələrinə götürülür ,orda fabriklər və iş imkanları yardılır və ya  bir başa yurd dışına satılar .

Tikantəpə   şəhəri Güney Azərbaycanın qədim kəndlərindədir ki əhalisi Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər “Əfşar Tikantəpə” adı ilə də tanınır. 

photo_2016-05-27_18-18-40

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture