/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “İran terrorizmi ilə müştərək mübarizə ” adlı konfrans keçirilib
"İran terrorizmi ilə müştərək mübarizə " adlı konfrans keçirilibی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

“İran terrorizmi ilə müştərək mübarizə ” adlı konfrans keçirilib

OğuzTV:Yanvarın 20 və 21 tarixlərində Belçikanın paytaxtı Brüsseldə iranda yaşayan xalqların nümayəndələrinin iştirakı ilə “İran terrorizmi ilə müştərək mübarizə” adlı konfrans və “İranda yaşayan qeyri-fars millətlərin” forumu keçirilib.

“Guneynews”-un məlumatına görə konfrans İraq, Bəhreyn, Küveyt, Əlcəzair və İordaniyanın səfir və diplomatları, eləcə də bir sıra qeyri fars millətləri təmsil edən siyasi partiya və qrupların təmsilçilərinin iştirakı ilə baş tutub. “Əl-əhvazın istiqlalı uğrunda ərəb müqavimət hərəkatı”nın dəvəti əsasında baş tutan bu konfrans və forumda məntəqə olayları, eləcə də İranın məntəqədə ortaya çıxan böhranlarda rolu, qeyri fars millətlərin hüquq və istəklərinin İran hakimiyəti tərəfindən pozulması məsələləri geniş müzakirə edilib. Konfransda Güney Azərbaycanı Milli Müqavimət Hərəkatı- Dirəniş , Qurtuluş Partiyası , Güney Azərbaycan Demokrat Partiyası, habelə hüquqçu Saleh Kamrani və bir neçə başqa milli fəallar təmsil ediblər. Belə ki, yanvarın 20-də keçirilən konfransda Dirəniş hərəkatının sözçüsü Babək Çələbiyanlı və insan haqları fəalı Saleh Kamrani Güney Azərbaycanın türk millətinin istəkləri, eləcə də milli haqların rəsmi Tehran tərəfindən pozulması haqd çıxış edərək konfrans iştirakçılarını məlumatlandırmışlar. Yanvarın 21-də İranda yaşayan qeyri fars xalqları xaricdə təmsil edən siyasi təşkilat təmsilçiləri və diplomatların iştirakı ilə baş tutan forumda isə Azərbaycanın siyasi təşkilat təmsilçiləri Babək Çələbiyanlı, GADP sözçüsü Mahmud Bilgin, Qurtuluş Partiyası sözçüsü Sərdar Əsədi, eləcə də milli fəallar Ərsalan Kamranı, məhəmmədrza Təbrizli, Saleh Kamrani çıxış edərək Güney Azərbaycan həqiqətləri və milli mübarizə haqda iştirakçıları məlumatlandırıblar.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture