/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İranda Məktəblərin açılışına qarşı Güney Azərbaycan millətçiləri hərəkətə keçdı

İranda Məktəblərin açılışına qarşı Güney Azərbaycan millətçiləri hərəkətə keçdı

OğuzTV:Güney Azərbaycan millətçıləri hərəkətə keçdı. Güney Azərbaycan miili fəallari,iran puları üstündə   “Türk dilində mədrəsə  ” şoarı yazılıb. Şüar möhür şəklində əskinaslar üzərinə vurulub.

 Xatırladaq 8 gün sonra iran adlanan yerdə bütün 98%məktəblər farsca (2% ermənicə) açılacaq .

Millətlər dosdağı olan İran adlanan ölkədə, özəlliklə birinci sinifi yenicə başlayan uşaqlar,hədsiz bir sevinclə bu əziz və unudulmaz günü gözləyirlər.Bu ildə ötən illərdə olduğu kimi,müstəmləkəçi İran dövlətinin asimilasiyon siyasəti əsasında milyonlarca günahsız Azərbaycanlı türk uşaqlar,yabancı bir dil olan Fars dilində təhsil almaq məcburiyyətində olaraq Fars şovinizminin bu rasist siyasətinin qurbanı olub və səssiz bir kültürel soyqırıma məruz qalırlar.

Bu gün özəllikləyeni təhsilə başlayan öyrəncilərin əksəriyyəti, öz ana dillərində deyil bəlkə düşünmədikləri yabancı Fars dilində oxuduqlarından dolayı,böyük problemlərlə qarşılanıb və onlar üçün bu başlanqıc çox çətin olur.

90 ildir Fars oxullarında,İran dövlətinin rasist düşüncələri əsasında hazırlanan dərslik kitablarda,Türk milləti təhqir olub və onun tarixi tamamilə təhrif olaraq bütün sahələrdə saxtalaaşdırılır və onlar mədəniyyətsiz və vəhşi insanlar kimi göstərilirlər.Bu oxullarda, millətimizin gələcəyi olan uşaqlara,Türk dilinin geri qalmış və gəlişməmiş insanların dili,əksinə Fars dilinin gəlişmiş,gözəl və mədəni insanların dili olduğu aşılanır.Beləliklədə Azərbaycanlı öyrəncilərin əksəriyyətinin beyinləri yavaş-yavaş və zaman içində yuvularaq,İran rejiminin asimilasiyon siyasətinə məruz qalıb,Türk kimliklərini itirib və onun təməli sayılan ana dillərinə tamamilə yabancı olurlar.Fars faşizmi Güney Azərbaycanda Türk millətinə qarşı öz asimilasiyon siyasətini oxullara gedən öyrəncilərdən başlayaraq,onların Türk kimliyinə dayanan milli-mənəvi vəəxlaqi dəyələrini və bir sözlə Türk mənliyini aradan aparıb,Fars dili,mənəviyyatı vəəxlaqi dəyərlərini onlara aşılayıb və sonunda Fars millətinin içindəəriyərək, get-gedə tamamilə farslaşırlar.Bu oxullar 90 ildən artıqdır ki, İran dövlətinin şovinist siyasətinin aləti olub,Azərbaycanlı Türk uşaqlar başda olmaq üzrə,müstəmləkədə olan başqa millətlərində günahsız uşaqlarının Fars millətinin içindəəritmə siyasətinin maşınına çevirilmişdir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture