/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Azərbaycan milli fəallari kütləvi olaraq Məhkəməyə çağırılar

Azərbaycan milli fəallari kütləvi olaraq Məhkəməyə çağırılar

OğuzTV: Güney Azərbaycanda Milli fəallara təziqlər durmaq bilmir. iran rejimi tərəfindən Azərbaycanın bütün şəhərlərində Azərbaycanlılara qarşı təziqlər,  tutuqlamalar, həbslər ,Məhkəməyə çağrışlar dəvam edir .

Güney Azərbaycan Xiyav şəhərində  (Meşginşəhr ) yerləşən iran məhkəməsi milli fəal Sina İrşadiyə çağırış göndərib.Milli fəal bugün bazar 2016 ci ilin martın 6-da (1394 ci ili isfəndin 16-da) Xiyav məhkəməsinə müraciət etməlidir.Sina  bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri saxlanılıb və müxtəlif işkəncələrə  qalıb.
Urmiyəli İki milli fəal Əta Kərimi və Ulduz Qasimi də çağrış vərəqəsi gəlib .Onlar 19 isfənd (9 maart 2016 )Urmia da yerləşən İran məhkməsinin 104 cu Bölümündə(şubəsin) hazır olmalıdırlar.onlara vurulan ittiham 18 aban qiyaminda iştirak və ölkənin əmniyətin pozmaqdır.

Baharistan şəhərindən olan Milli fəal Mənsur Fəthi, Baharistan inqilab məhkəməsinə çağırılıb.

Azərbaycanlı fəala göndərilən çağırışd  bildirilir ki, o, əvvəlki həbsi ilə bağlı bir sıra ifadələr vermək və axırıncı dəfə özünü müdafiə etmək üçün martın 10-da (isfəndin 20-də) Baharistan inqilab məhkəməsinə gəlməlidir.

Mənsur Fəthi 2014-cü ildə 21 fevral Beynəlxalq Ana Dili Günüdə   tutulmuş ,Tehranın Evin zindanında 1 ay həbsdə saxlanıldıqdan sonra 50 milyon tümənlik mülk girovu qarşılığında müvəqqəti olaraq azad olmuştur.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram