/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Murtaza Muradpur yeddi həftədir həbsdə aclıq etirazi keçirir.

Murtaza Muradpur yeddi həftədir həbsdə aclıq etirazi keçirir.

OğuzTV:Təbrizdə iran rejiminin mərkəzi zindanında Azərbaycanlı Milli-siyasi məhbus Murtaza Muradpurun aclıq aksiyası 51-ci günüdür.Təbrizin mərkəzi köçürülüb, daha sonra isə tekrar Təbriz zindanına qaytarılıb. 

 
Ailəsinin verdyi məlumata görə Murtaza artıq ayaqda belə dura bilməyir və hətta onu ölüm təhlükəsi də gözləyir. Murtazanın bədəni getgedə iflasa doğru gedir hər an ürəyi dura bilər, onun qaraciyərinin yarısı artıq təmamilə işdən düşüb, böyrəklərin ikisidə ağır xəsarət alıb.Rejimdə bu vəziyətə qeydsız qalıb və onu səhəti ,özəliklədə  ürəyinin nə vəziyyətdə olduğu haqda bilgi verilmir buda nigaranlıqları artırır .
 
Ötən günlərdə siyasi məhbusun qardaşı onun son vəziyyəti ilə bağlı “alarabiya.net”ə danışıb. “Mən son dəfə bazar günü Murtaza ilə danışdım. Murtazanın sağlıq durumu olduqca ağırdı və danışaqda ,nəfəs almaqda ,çətinlik çəkir”- deyə Fərdin Muradpur bildirib.
 

Fərdin-Mürtaza
Ayrıca ötən günlərdə siyasi məhbusun qardaşı onun son vəziyyəti ilə bağlı “Amerikanın Səsi”ilə də bu barədə məlumat paylaşıb.

Təbrizdən nə danışan Fərdin Muradpur 7 həftədir azadlıq tələbi ilə aclıq aksiyası keçirən məhbus qardaşı Murtazanın vəziyyətini anlatmaqla bərabər onun məhkəmə prosesi ilə bağlı da məlumat verib.

“Qardaşım təqribən 25 kiloqram arıqlayıb. Öz dediyinə görə ayaqda durmaqda çətinlik çəkir, yeriyəndə divardan dəstək alır. Bundan bir müddət öncə doktor demişdi ki, qara ciyərinin yarısı sıradan çıxıb, böyrəkləri işdən düşməkdədir və belə getsə bir neçə gün içində komaya düşə bilər.” Bu, 7 həftədir aclıq aksiyasında olan siyasi məhbus Murtaza Muradpurun qardaşı Fərdin Muradpurun sözləridir.
 
 
Xatırladaq ki, M.Muradpur qondarma ittihamlardan aldığı cəzasının yüngülləşdirilməsi ilə bağlı “iran islam cəza qanununun 134-cü!” maddəsinin icra edilməməsi və beləliklə azadlığa çıxmasını etiraz olaraq oktyabrın 25-dən aclıq eyləmi keçirir.

 

Comments,Baxışınız
oguz gif telegram