/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qaradağ zəlzələsindən 4 il ötür

Qaradağ zəlzələsindən 4 il ötür

Oğuz TV: Dörd il bundan öncə, 1391-ci ilin 21 mordad (2012-ci il 11 avqust) axşam saatlarında Qaradağ bölgəsində 6.4 bal güncündə dağıdıcı zəlzələ baş verdi.
Zəlzələdən daha Əhər, Heriz, Vərziğan və onların kəndləri ziyan gördü.
Dağıdıcı yeraltı təkanlar zamanı minlərlə ev yerlə bir oldu, bir neçə kənd tamamən dağıldı. Nəticədə şahidlərin dediyinə görə, 450 soydaşımız həyatını itirdi ki, bunlardanda 100-nün azyaşlı uşaq olduğu bildirilir. 1000-ə yaxın insan müxtəlif dərəcəli xəsarət aldı.
Lakin bu dəhşətli xəbəri fars mediası basdırmağa çalışdı. Zəlzələnin baş verməsindən bir neçə saat keçməsinə baxmayaraq, fars mediası bununla bağlı nəyinki xəbər vermədi, əksinə şən, əyləncəli proqramlar yayınlamaqda davam etdi.
Zəlzələ xəbəri yayıldıqdan sonra, ilk olaraq Quzey Azərbaycan və Türkiyə dövləti soydaşlarımıza yardıma getsələr də, İran rejmi sərhəddən yardımları qəbul etmədi.
Zəlzələ baş verdikdən 1 gün sonra dönəmin cümhurbaşqanı Əhmədinejat S.Ərəbistan kralının anasının ölümü ilə əlaqədar televiziya vasitəsi ilə başsağlığı versədə, Qaradağ zəlzələsində həyatını itirənlərlə bağlı isə heç bir söz belə söyləmədi.
İran rejmi, Qaradağ zəlzələsində soydaşlarımızı tam köməksiz qoydu. Amma Türk dünyasının demək olar ki,hər yerindən hər kəs Qaradağa kömək eləməyə çalışdı və özəlliklə Güney Azərbaycanda insanlarımız qaradağlıları tək qoymadı.
Qaradağın yeraltı və yer üstü sərvətlərlə zəngin olmasına baxmayaraq, burda insanların iqtisadi və sosial həyatı rejim tərəfindən ağır durumda saxlanılmaqdadı. Bu da Qaradağ zəlzələsi zamanı bir daha özünü göstərmiş oldu. Beləki, bölgədəki evlərin köhnəliyi və ya ucuz materiallardan tikilməsi zəlzələ zamanı daha çox dağıntının yaranmasına səbəb oldu. Bundan başqa bölgədə xəstəxanaların yox dərəcəsində olması yaralıların çoxunun ölümü ilə nəticələndi.
Bütün bunlarla yanaşı, islam rejminin bu zəlzələ ilə əlinə bir şans düşdü.
Öz Türk kültürünü, ənənəsini saxlayan qaradağlıların birlik və bərabərliyini pozmağa, yerli əhalini bu bölgədən köçürməyə çalışan rejim, zəlzələ bölgələrinə yardımı bacardıqca az edirdi ki, insanlar burdan köç etsin.
Lakin Qaradağ əhalisi Güney Azərbaycanın bütün bölgələrinin yardımı ilə bu planı pozdu və kimsə öz yurdundan köçmədi.
Sonradan kameralar qarşısına keçərək dağıdıcı zəlzələ və ondan sonra baş verənləri anladan qaradağlılar, ilk öncə Güneydəki soydaşlarımız, başda Təbriz, Ərdəbil olmaqla bütün Türk millətinə faciə zamanı onları tək qoymadıqları üçün öz təşəkkürlərini bildirdilər. Əslində Qaradağ zəlzələsi Güney Azərnaycan Türklərinin birlik, bərabərliyini,bir birlərinə qarşılıqsız yardım etmə bacarığını nəyinki irana, bütün dünyaya göstərmiş oldu.
Qaradağ bölgəmizdə yaşanan o dağıdıcı zəlzələnin dördüncü ilində həyatını itirən bütün soydaşlarımızı sevgi və sayğıyla yad edirik.
Tanrı Azərbaycana bir daha belə fəlakətlər yaşatmasın.

Comments,Baxışınız
oguz gif telegram