/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Qırmızı Qurdlar” Dohada növbəti zəfərini qazandı

“Qırmızı Qurdlar” Dohada növbəti zəfərini qazandı

Oğuz TV: 31 fərvərdin (19 aprel) Asiya Çempionlar Liginin növbəti oyunları baş tutdu.

Bu oyunda çempionatdakı tək takımımız olan, C qrupunda mübarizə aparan “Traxtur” növbəti dəfə meydana çıxdı.

Rəqib Səudiyyə Ərəbistanın “Əl-Hilal” takımı idi.

Təbriz saatı ilə 20:35-də baş tutan oyun Qətərin Doha şəhərinin “Əl-Qətər” stadionunda  oynanıldı.

Oyuna iddialı başlayan “Traxtur” bu oyunda 66-cı dəqiqədə Alves Nong və 81-ci dəqiqədə Fərzad Hatəminin vurduğu qollarla 2-0 rəqibini yenərək bir daha qrupun ən güclüsü olduğunu göstərdi.

Çempionatın qrup mərhələsinin C qrupunda mübarizə aparan takımımız bu günə qədər keçirdiyi 5 oyundan yalnız 1-də yenilib.

Asiya Ligindəki tək takımımız olan “Traxtur” lig başlayandan C qrupundakı liderliyini davam etdirərək, sonuncu zəfəri ilə xal ehtiyatını 12-yə yüksəldib.

Takımımızı qazandığı zəfər münasibəti ilə qutlayır, qalibiyyətlərinin bol olmasını diləyirik.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture