/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Qüts günü” tutuqlanan fəallar aclıq eyləmi keçirir

“Qüts günü” tutuqlanan fəallar aclıq eyləmi keçirir

Oğuz TV: Ötən cuma “Qüts günü”ndə İran rejmi Güney Azərbaycanda daha 4 milli fəalı tutuqladı. Tutuqlanan fəallardan ikisi Əhər şəhərindən, ikisi də Təbrizdəndi. 

Əldə etdiyimiz bilgiyə görə, Əhərdə tutuqlanan milli fəallar İbrahim Nuri və Əkbər Cahangiri buraxılıb.

Lakin Təbrizdə tutuqlanan Əli Həmzəzadə və Milad Əkbəri artıq 5 gündür həbsdədi.

Təbrizli milli fəalların yaxınlarından əldə etdiyimiz bilgiyə görə, nədənsiz yerə tutuqlanan Əli Həmzəzadə və Milad Əkbəri qanunsuz yerə tutuqlanmalarına etiraz olaraq aclıq eyləminə başlayıblar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture