/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Şəhərlər tutuqlu milli fəallara özgürlük tələb etdi (FOTOLAR)
دیوار یازیسی میللی فعاللار

Şəhərlər tutuqlu milli fəallara özgürlük tələb etdi (FOTOLAR)

Oğuz TV müxbirinin Güneydən yolladığı bilgiyə görə, axşam saatlarında Əhər,Təbriz və Urmu şəhərinin mərkəz küçələrindəki divarlar sloqanlarla bəzədilib. 

Oğuz TV müxbirlərinin Güney Azərbaycanın muxtəlif şəhərlərindən  yolladığları bilgilərə görə,bu sloqanlar zindanda olan milli fəallara, özəlliklədə artıq 13 gündür ki, zindanda aclıq eyləmi keçirən Milad Əkbəri və Əli Həmzəzadəyə aid olub. “ Milad Əkbəriyə özgürlük”, Əli Həmzəzadəyə özgürlük”, “ Millətçi zindanilərə özgürlük”, “Türk fəalları azad edin” kimi sloqanlara rast gəlmək olar. 

Xatırladaq ki, artıq 13 gündür Milad Əkbəri və Əli Həmzəzadə Təbrizdəki ettelaatın təcridxanasında aclıq eyləmi keçirirlər. Ən son bilgiyə görə, milli fəalların sağlıq durumu kəskin pisləşib, lakin buna baxmayaraq, rejim fəalları azad etmək niyyətində deyil. 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture