/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » S.Kamrani: “İran polisi dinc aksiya keçirənlərə güc tətbiq etdi”

S.Kamrani: “İran polisi dinc aksiya keçirənlərə güc tətbiq etdi”

Oğuz TV: Hüquqşünas, Güney Azərbaycan milli fəallarının hüquq müdafiəçilərindən biri Saleh Kamranin Amerikanın Səsi kanalının Azərbaycan bölməsi ilə fars mediasında Türklərin təhqir edilməsi ilə bağlı görüntülü və yazılı müsahibəsini təqdim edirik. 

Saleh Kamraninin sözlərinə görə, etiraz nümayişlərinin keçirildiyi gün bir çox milli fəalın həbsi ilə bağlı məlumatlar verilib. Bunların bir hissəsi azad edilib, lakin hazırda nə qədər adamın saxlandığı və onların durumu haqda dəqiq məlumat yoxdur. “Bir çox fəallarımız tutuldu. Əhər, Təbriz, Ərdəbil, Xoy, Zəncan, Tehran kimi bir çox şəhərlərimizdə çoxlu fəallarımız tutuldu. Onların bir çoxu az müddətdən azadlığa buraxıldı, bir sıra fəallar ağır girov əvəzində buraxıldılar. Nə qədər fəalın hazırda saxlandığını demək çətindir, amma o gün ərzində 100-dən çox fəal tutulub.”

Təbriz və Urmiyədə etiraz aksiylarının polis tərəfindən ciddi müdaxilə edildiyi və yüzlərlə vətəndaşın iştirak etdiyi mitinqi dağıtdığı bildirilir. Saleh Kamrani deyib ki, azərbaycanlı milli fəalların silahsız və dinc aksyalar keçirməsinə baxmayaraq, İran polisi nümayişçilərə qarşı güc tətbiq edir, ifrat gücdən istifadə edir. “İran konstitusiyasının 27-ci maddəsində deyilir ki, insanların silahsız nəyə isə etraz etdiyi halda, polisin əsas vəzifəsi onların təhlükəsizliyini təmin etməkdən ibarətdir. Amma buna baxmayaraq, İran polisi azərbaycanlılara qarşı gücdən istifadə edir.”

“Əhər, Təbriz, Ərdəbil, Xoy, Zəncan, Tehran kimi bir çox şəhərlərimizdə çoxlu fəallarımız tutuldu. Onların bir çoxu az müddətdən azadlığa buraxıldı, bir sıra fəallar ağır girov əvəzində buraxıldılar.”-Saleh Kamrani

Saleh Kamrani deyib ki, İran hökumət nümayəndələri səviyyəsində, ya da hökumət qurumları tərəfindən rəsmi açıqlama verilməsə də, bəzi vilayət rəsmiləri və qubernatorlar ayrı-ayrı bəyanatlarla çıxış edib.

Güneyli milli fəal Azərbaycanlıların alçadılması və təhqir olunması hallarının əvvəllər də baş verdiyini və bu halların təkrar oluna biləcəyini gözlədiyini deyib. Onun sözlərinə görə, bu hallar İran hökumətinin etnik azlıqlara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin təzahürüdür. “İran hakimiyyətinin rəftarlarında və Azərbaycan millətini, Azərbaycan türklərini hər zaman təhqir edən irqçi güclər tərəfindən bir müsbət dəyişikliyin olacağını gözləmirəm. Azərbaycan türklərinə qarşı təhqirlər davam edir.”

 

 

 

Comments,Baxışınız
oguz gif telegram