/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Saleh Kamrani BBC farsa İranda Türk vəkillərin durumundan danışdı

Saleh Kamrani BBC farsa İranda Türk vəkillərin durumundan danışdı

Oğuz TV: İngiltərədən yayımlanan BBC Fars  kanalının “Pərgar” programının  bu həftəki qonağı Güney Azərbaycanda milli fəallarımızın hüquqularının müdafiəçisi,hazırda Avropada mühacirət həyatı yaşayan Saleh Kamrani oldu.

“Pərgar”ın bu həftəki yayımında “İran adlanan coğrafiyada vəkillik məsləyi” mövzusu müzakirə edildi.

Güney Azərbaycanı təmsil edən Saleh Kamrani İran adlanan coğrafiyada Türk vəkillərin durumundan danışdı. Kamrani  bir Türk vəkillə fars vəkil arasında dövlətin ayrıseçkilik etdiyini, Türk vəkilə hüquqlarını müdafiə etdiyi məhkum kimi münasibət göstərildiyini bildirdi.

Kamrani özəlliklə vurğuladı ki, Türklərin milli haqqları uğrunda mübarizə aparıb tutuqlanan bir milli fəala vəkillik etmək çox çətin və əziyyətli məsələdi. Fars rejmi, vəkilə də hüquqlarını müdafiə etdiyi şəxs kimi günahkar gözü ilə baxır deyə hüquq müdafiəçisi bildirdi.

Xatırdaq ki, bundan bir neçə ay öncə də Saleh Kamrani elə bu proqramın qonağı olmuş və Güney Azərbaycanın İrandan gec-tez ayrılacağını bildirmişdi. Onun bu çıxışı panfarsların təpkisinə nədən olmuşdu.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture