/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Tramp: İranlılara, Amerika vizasi verilməsində məhdudiyyət tətbiq ediləcək

Tramp: İranlılara, Amerika vizasi verilməsində məhdudiyyət tətbiq ediləcək

OğuzTv:Amerika prezidenti Donald Tramp seçki kampaniyası dövründə Meksika ilə sərhəddə divar inşa etdirəcəyinə dair söz vermişdi. bu gün Meksika ilə sərhəddə divarın inşasına başlanılacaq. Bundan başqa, Suriya, İraq, İran, Yəmən, Liviya, Sudan və Somali vətəndaşlarına viza verilməsinə məhdudiyyət tətbiq ediləcək.

Tramp yuxarıda adı qeyd edilən 7 dövlətin vətəndaşlarının qaçqın kimi Amerika-ya girməyinə məhdudiyyət tətbiq edəcək. ABD mediası qadağaların 4 ay qüvvədə olacağını yazır.
20 yanvar tarixində and içərək prezident kimi fəaliyyətə başlayan Tramp Çinlə üz-üzə gəlib, İsraildə bayrama səbəb olub, mətbuata qarşı müharibə elan edib, beynəlxalq ticarət müqaviləsini ləğv edib. Tramp həm də Obama tərəfindən üç dəfə rədd edilən iki kəmər layihəsini imzalayıb.
Comments,Baxışınız
oguz gif telegram