/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türkiyə İran dövlətilə sərhədinə betondan divar hörüləcək.

Türkiyə İran dövlətilə sərhədinə betondan divar hörüləcək.

OğuzTv:Türkiyə ilə İran adlanan ölkə sərhədində betondan divar hörüləcək..PKK və İŞİD-in xain hücumlarından qorunmaq  və fars rejiminin qaçaqçılıq və teroristlərə dəstəklərin önün almaq məqsədilə Suriya ilə sərhədlərə divar hörən Türkiyə indi də  iran adlanan ölkə  sərhədlərinə beton sədd çəkməyi düşünür.Ankaranın belə bir qərara gəlməsinə səbəb adlanan ölkənin ərazisində PKK-nın çox sayda düşərgələrinin olmas və fars rejiminin bunlara dəstəkləridir. MİT-in məlumatlarına istinad edən qəzet yazır ki, həmin düşərgələr təsüfla  iranın işğal altına olan güney Azərbaycanın türkiyəilə  sərhəd olan şəhərləri  Maku, Dambat, Navur, Kotr, Kenerəş, Şəhidan və sair bölgələrdədir.

Bu xəbəri ayrıca “Hürriyyət” qəzetinin yazarı Abdülkadir Selvi məqaləsində təid edib. Məqalədə qeyd olunur ki, Türkiyə terrorla mübarizədə yeni addımlar atacaq:
“Bu addımlardan biri də terrorçuların ən çox daxil olduğu ölkələrlə sərhədləri möhkəmləndirmək, təhlükəsizlik tədbirlərini gücləndirməkdir. Türkiyə-Suriya sərhədində divar hörülüb. Türkiyə-İran sərhədində də divar hörüləcək. Çünki PKK terror təşkilatının İranın(Güney Azərbaycan ərazisi) Türkiyə ilə sərhədinə yaxın ərazilərdə Maku, Dambat, Navur, Kotr, Kenereş, Şəhidan düşərgələri mövcuddur. Bu düşərgələrdə ən azı 800-1000 PKK terrorçusu təlim görür, sığınır. Bu terrorçular tez-tez Türkiyəyə daxil olub terror aktları törədib, sonra da geri qayıdırlar. Türkiyə ordusu Ağrı və Tendürek bölgələrində hərbi əməliyyatlar həyata keçirən zaman terrorçular dərhal İran ərazisindəki düşərgələrinə keçirlər. Bunun üçün də Türkiyə hökuməti Ağrı-İğdır sərhədinin 70 kilometrini divarla, digər hissəsini isə qalalar və məftillə bağlayacaq. Daha sonra isə Türkiyə-İran sərhədi boydan-boya gecələr işıqlandırılacaq.”
 

Deyilənə görə, bu düşərgələrdə hazırda 800-lə 1000 arasında PKK terrorçusu təlim keçməkdədir. Onların ənənəvi üsulla Türkiyə ərazisinə daxil olaraq, terror törədib, yenidən fars rejiminin bir başa köməkilə iran hakmiyiətində olan ərazilərə qayıtdıqları düşünülür. Qəzetin xəbərinə əsasən, ilkin olaraq Ağrıdan İğdıradək olan 70 kilometrlik sərhədə beton divar, qalan hissəsinə isə dəmir və tikanlı məftillər hörüləcək və bütün sərhəd xətti işıqlandırılacaq.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture