/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türkiyə şirkəti Təbrizin “Traxtor” komandasına sponsor oldu – ŞOK QƏRAR
Türk şəhəri olan Tehranda Azərbaycan bayrağı dalğalandı
آزربایجان تورکونون اوجا Türk şəhəri olan Tehranda Azərbaycan bayrağı dalğalandıسئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Türkiyə şirkəti Təbrizin “Traxtor” komandasına sponsor oldu – ŞOK QƏRAR

OğuzTViİran adlanan yer  və Türkiyə mediası Türkiyədə qərargahlanan beynəlxalq hava yolları şirkəti Atlas Global-ın Təbrizin Traktorsazi (Traxtor) komandasının yeni sponsoru olduğunu bildirirlər.

Turkustan.info xəbər verir ki, Anadolu agentliyi və Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalları bu haqda məlumat yayıb.

Məlumata görə, Türkiyədə “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi tanınan Traktorsazi İran milli futbol çempionatı oyunlarının yeni mövsümündə üzərində Atlas Global şirkətinin logosu olan formalarla meydana girəcək.

Traktorsazi və Atlas Global məsullarının görüşməsi

Traktorsazi və Atlas Global məsullarının görüşməsi

Traktorsazi klubunun rəsmi veb səhifəsi iyulun 26-da əyinlərində yeni formaları ilə üç oyunçusunun şəklini yayıb.

Formaların ortasında həmin şirkətin logosu və adı, logonun üzərində isə daha kiçik bir ölçüdə Urmiyə Gölünün şəkli dərc edilib.

Güney Azərbaycandan əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çoxsaylı azarkeşi olan “Traxtor” komandası davamlı olaraq Türkiyə mediası, o cümlədən Hürriyet, Milliyet və Yeni Şafak kimi əhəmiyyətli qəzetlərin gündəmində olur. Həmin qəzetlər Traktorsazi komandasını “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edirlər.

Comments,Baxışınız
oguz gif telegram