/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türkiyə suriyanı vurdu ,Rusiya Türkiyəni hədəf aldı

Türkiyə suriyanı vurdu ,Rusiya Türkiyəni hədəf aldı

OğuzTV:Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD, Türkiyə sərhədinin dərhal qarşısındakı Azez rayon mərkəzinə 500 metr yaxınlaşmışdı.
Türk silahlı qüvvələri (TSK)ƏMƏLİYYAT BAŞLADI
Azezin ətrafında yerləşən PYD`YE qarşı Türk silahlı qüvvələri bu gün əməliyyat başlastı. Fırtına mərmiləri PYD mövqelərini bombardman altına tutdu.
 
Əməliyyatda Azez ilə Minniğ Havaüssü arasındakı Maranaz kəndinə 1 kilometr məsafədə olan PYD bazası ASK-nin Fırtına mərmiləri yerlə bir edilib.
 
Baş nazir Əhməd Davudoğlu Suriyaya hərbi müdaxilə mübahisələri arasında, “İraqda və Qəndildə aldığımız tədbirləri lazım gələrsə, Suriyada da alırıq” demişdi.
 
PYD-nin Rus dəstəyi ilə getməsinin ardından ASK, mərmi topları ilə PYD-nin mövqelərini vurmağa başladı.
 
Rusiya və Amerika PYD Əlilə Türkiyəni hədəf alıblar
Amerika və Rusiyanın dəstəyini alan PYD terror təşkilatı Suriyada bahara qədər dövlət qurub, daha sonra bütün gücü ilə Türkiyəyə hücuma keçməyi planlaşdırır.
 
Qəzet rəsmi Ankaranın PKK-nın Suriya qanadı hesab etdiyi PYD-nin yeni planını deşifrə edib.
 
PKK-nın Türkiyənin cənub-şərqindəki 3 rayonda minə yaxın itki verməsinə baxmayaraq, dirənməsinin arxasında baharda Türkiyəyə hücum planının olduğu bildirilir. Məlumata görə, PKK türk ordusunu ölkənin şərqində ləngidərək, PYD-nin Suriyada dövlət qurması üçün vaxt qazanmağa çalışır.
 
“Lazım gələrsə, ölün, lakin təslim olmayın. Baharda İraq və Suriyadan 10 min PKK-çı Türkiyəyə gələcək”, – Qəndil terrorçulara əmr verib.
 
PYD-nin ötən gün Moskvada açdığı nümayəndəliyin binasında asılan xəritədə isə Suriyada qurulacaq yeni dövlətin ərazisi bəlli olub. Xəritədə Suriyanın Türkiyə ilə sərhədləri PYD dövləti kimi göstərilib.
 
Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK-nın Suriya qanadı hesab edir. ABŞ ilə Rusiya isə buna qarşı çıxır.
 
Amerikadan Ankaranın əsəblərini tarıma çəkəcək açıqlama 
 
 
Amerika Türkiyənin Suriyada  PKK-nın qolu  PYD  və  Əsəd rejimini vurmamağa çağırıb.
 
Avropa.info dan Oğuztv.com xəbər otaqına daxıl olan məlumata görə Amerika  xarici işlər nazirliyinin sözçüsü Con Kirbi açıqlamasında Hələbdəki vəziyyətdən narahat olduqlarını və Türkiyənin PYD-lə Əsəd rejimi əsgərlərini artileriya atəşinə tutmasının doğru olmadığını deyib.
 
Türkiyə ordusu  Suriyanın Azez rayonu yaxınlığında YPG-nin rus təyyarələrinin köməyi ilə  ələ keçirdiyi Miniğ Hava Limanı ətrafındakı bölgələri bombalamışdı.
 
Qeyd edək ki, artıq bir müddətdir ki , Rusiya Hələb də daxil olmaqla Suriyanın bir çox ərazilərini bombalasa da, ABŞ buna ciddi reaksiya vermir. Üstəlik, Rusiya və Amerika açıq şəkildə PKK-nın Suriya qolu PYD-ni dəstəklədiyini bəyan edib. Siyasi təhlilçilər Amerikavə Rusiyanın bölgədə PKK-nın nəzarətində olacaq və Türkiyəni təhdid edəcək bir dövlət qurmaq istəyində olduğunu bildirirlər. Türkiyə isə buna əsla izn verməyəcəyini açıqlayıb.
Amerikanın Türkiyəyə yönəlik  “atəşi kəs”  çağırışına baxmayaraq türk ordusunun  topçu batareyaları PKK-nın Suriya qolu PYD-ni yenidən vurmağa başlayıb. 
 
Sudiyyə uçaqları Türkiyədə 
Məlumata görə top atışları Türkiyə vaxtı ilə gecə saat  00:00-dan başlanıb.Türkiyə ordusunun hazırda Azezdəki Minnağ hava limanını da vurduğu qeyd olunur.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Müşaviri Asiri, döyüş təyyarələrinin İncirlik olduğunu söylədi.
 
 
Türkiyə  xarici işlər naziri Mövlud Çavuşoğlunun  “Səudiyyə Ərəbistanı  hərbi təyyarələrini  Türkiyəyə göndərəcək”  açıqlamasının ardından, Səudiyyənin müdafiə nazirinin müşaviri Əhməd Asiri təyyarələrin artıq  İncirlik  bazasına göndərildiyini açıqlayıb.
 
Əl-Cəzirə telekanalına açıqlamasında Asiri Suriyada İŞİD-lə mübarizə çərçivəsində hərbi təyyarələrini Türkiyənin İncirlik bazasına göndərdiklərini deyib.
 
Qeyd edək ki, Rusiya, İran və Əsəd ordusunun Suriyadakı müxalifləri vurmasından sonra, Səudiyyə Ərəbistanı Türkiyə ilə  birlikdə  Suriyaya girəcəyini açıqlayıb.
Türkiyə “fırtına”larının Suriyada YPG-ni vurması dünya mediasında
Türkiyənin fırtına mərmiləri ilə  Suriyada PKK-nın qolu  YPG-ni  bombalaması dünya mediasının gündəminə çevrilib.
 
Reuters agentliyi hökumət mənbələrinə əsaslandığını  xəbərində, Azez yaxınlığında YPG mövqelərinin top atəşi ilə vurulduğu bildirilib.
 
Frans Press agentliyi  mərkəzi ofisi  Londonda yerləşən Suriya İnsan Haqları  Təşkilatına  istinadən yaydığı xəbərində, Türkiyənin bundan öncə  YPG-yə xəbərdarlıq etdiyini, bu xəbərdarlıqlar qulaq ardına vurulunca  Hələbdə YPG mövqelərinin top atəşinə tutulduğunu yazıb. Xəbərdə  YPG-nin Türkiyənin illərdir mübarizə apardığı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı olduğu xüsusi qeyd edilib.
 
Əl Ərəbiyyə  telekanalı Hələbin şimalında yerləşən Azezdə  YPG-nin fırtına mərmiləri tərəfindən vurulduğunu bildirib.
 
Əl-Cəzirə telekanalı baş nazir  Əhməd Davudoğlunun PYD-ni əşkilatı olaraq gördüklərini  qeyd etməsindən sonra, Türkiyənin bu terror təşkilatını vurduğunu qeyd edib.
 
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture