/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Tutuqlu milli fəal Həbib Sasaniyanın məhkəməsi yinə ərtələndi

Tutuqlu milli fəal Həbib Sasaniyanın məhkəməsi yinə ərtələndi

OğuzTV:2016-cı il mayın 15-dən bəri tutsaq na məhküm olan Güney Azərbaycanlı milli fəal Həbib Sasaniyan üçün,Təbrizdə məhkəmə tarixi yinə ərtələndi.Oğuz Xəbər otağının əldə etdiyi bilgiyə dayanaraq ,Milli fəala qurulacaq məhkəmə yinə 15gün  sonraya 31 may2017 (10Xurdad 1396) tarixinə ərtələnib.Ərdəbili milli fəal öncəki verilən çağrışa əsasən bugün mayın 15-də fars rejiminin Təbrizdə ki  İnqilab Məhkəməsinin 3-cü bölməsində (Şöbəsinə)hakim qarşısına çıxmalıdı.

Bir ildir qiyabi hökm ilə zindanda  və İttilaatda işgəncə olaraq asılı vəziyətdə tutulan 43 yaşlı fəalın sağlıq durumunun heç yaxşı olmadığı xəbəri  yayılıb.Xatırladaq Sasanian 2016-cı il mayın 15-də  5 digər milli fəalla birlikdə Ərdəbildə  tutulub və ardından qiyabi olaraq onun üçün məhkəmə iclası keçirən rejim , fəalla Quzey Azərtbaycan dövlətinə casusluq və GAMO (Güney Azərbaycan Milli Ordusu  adlı qanunsuz qrup yaratmaq kimi  yalan ittihamlar ataraq həbs edib. 

oguz gif telegram