OğuzTV:6 ay öncə casusluq ittihamı ilə Güney Azərbaycan “Ərdəbil vilayətində” fars rejiminin İttilaat qüvvələri tərəfindən nəzarət altına alınmış Ərdəbilli milli fəal Həbib Sasaniyanın bu günədək mühakimə olunmadan,Təbriz Mərkəzi Zindanında saxlanılır.
Tutusaq olmadan öncə sağlığında hər hansı bir problemi olmayan Sasaniyan, ailəsinə istinadən, hazırda bədəninin müxtəlif nahiyələrində ağrılar çəkməkdədir .Oğuz Tviyə daxil olan məlumatda bildirilir ki son günlərdə Həbib bəyin durumu daha ağırlaşıb və milli fəalın təcili həkim nəzarətində müalicə lazım olsa da,rejim buna imkan yaratmır.
Göz ağrısı və qan təzyiqinin(fişar)qalxmasından əziyət çəkn ərdəbilli milli fəal H.Sasaniyan bir neçə dəfə huşunu itirib .
Həbib bəyin halı bu neçə ayda neçədəf pisləşsədə onunla eyni türmədə saxlanılan digər məhbuslar onun yardımına gələrək fəalın həyatını qurtarıblar və iran rejimi bu məsləyə qeydsiz qalıb.
Həbib bəyin halı bu neçə ayda neçədəf pisləşsədə onunla eyni türmədə saxlanılan digər məhbuslar onun yardımına gələrək fəalın həyatını qurtarıblar və iran rejimi bu məsləyə qeydsiz qalıb.
Xatırladaq İttilaat qüvvəlləri mayın 15-də 6 milli fəallar Həbib Sasaniyanı ,Həmid Siqqəti,Mehdi Cavadzadə,Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutulamuşlar. Həbs edilən milli fəalların haqından Keçən iyun ayında iranın ədliyyə qurumunun Şərqi Azərbaycan vilayətindəki sorumlusu “separatçı GAMO(Güney Azərbaycan milli ordusu ) şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yayıb.
Milli fəalları bir neçə gün bu yalan iftralardan sonra Mühakiməsiz,yerli İttilaat idarəsindən rejimin Təbrizdəki mərkəzi zindanına köçürülmüşdülər.
Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan milli Azadlıq hərəkətinin fəalları yaxşı bilməkdədir
Comments,Baxışınız