/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmulu gənc İsviçrədə düzənlən inovasyon yarışmasında birinci seçildi (Danışıq)

Urmulu gənc İsviçrədə düzənlən inovasyon yarışmasında birinci seçildi (Danışıq)

Oğuz TV: Güney Azərbycanın Urmu şəhrindən olan Məhdi Bəşiri İsviçrədə düzənlən Dünya İnovasyon yarışımasında dişçilik üzərə gəliştirdiyi icatlarla birinci və ən yaxşı tədqiqatçı mükafatı qazanıb.

İnnovasiya dünyasında apardığı müxtəlif işləri də olan və İstanbul Aydın Universitetindən məzun olub və halı hazırd Macaristanda yaşayan Bəşiri Oğuz TV muxbiri ilə danışıqında hisslərini bu şəkildə ifadə edib: “Bu mükafatı innovasiya dünyasında 2 ildir ki, məşğul olduğum işlər nəticəsində aldım. Buradan başqa, müxtəlif müsabiqə və konqreslərə qatılıb, oralardan da mükafatlar almışam. Bir sonraki hədəfim Nobel ödülünü almaqdır”.

Diş sahəsindəki ilk buluşunu bu məsələdə təhsil almadan əvvəl etdiyini bildirən Mehdi Bəşiri, “Kəşfimlə bağlı məsləhət etdiyim bir mütəxəssisin mənə dedikləri həyatımı dəyişdirdi. Mənə ətrafımda gördüyüm hər şeyin bir fikir olduğunu göstərdi. Ehtiyac kəşfin anasıdır. Mən də diş fırçasını dəyişmək istədim və bu ixtirani etdim. Daha sonra diş həkimliyi bölümünü oxumaq istədim. Yoluma çıxan maneələr, məni heç bir zaman qorxutmadı. Bütün çətinliklərə rəğmən yoluma davam etdim və bundan sonra da edəcəyəm. İnanıram ki, bir gün dünyanı sarsıdacaq bir icadım olacaq. 18 projə sahibiyəm və bu projələr yalnız diş həkimliyi sahəsinə məhdud deyil. Tibb, xüsusi təhsil və tibbi ləvazimatlar sahəsində də işlərim var” deyərək sözlərini son qoydu.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture