/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmulu milli fəal Əta kəriminin ailəsinə basqılar artırılır-Ailə dükanı qapadıldı(Görüntü)
Kərimi ailəsinin mağazası

Urmulu milli fəal Əta kəriminin ailəsinə basqılar artırılır-Ailə dükanı qapadıldı(Görüntü)

OğuzTV:Tanınmış Urmiye li milli fəal Əta Kərimiyə təziqlər artıb.Bugün səhər saatlarında  rejimin  “icrayi Əhkam” adlı qurumunun qüvvələri milli fəalın Atası və qardaşının işlətdığı dükana gedərək mağaza qaplarına “giriş yasağı mühürü”(Plomp) vurublar.

Oğuz Tv muxbirinin Urmiyədən verdiyi xəbərə əsasən ailə gəlirini sağlayan mağazanın qapılarını “Plomp” yapışqanlarıla səbəbsiz bağladan rejim məmurları, ailə üzvlərinədə mağazaya giriş etdikləri təqdirdə tutuqlanacaqlarını bildiriblər.

Xatırladaq ki, Əta Kərimi 2014-cü ilin 9 sentyabr tarixində Urmunun “Durnalar Yuvası” voleybol salonunda Urmu takımının oyunu zamanı Azərbərbaycan bayrağı açdığı üçün Yasir Əkbər, Məhəmməd Təməddoni və Nima Həsəni ilə birlikdə tutuqlanmışdı. 8 zindana saxlanılan 4 milli fəal mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Ə.Kərimi Qərbi Azərbaycanda fars rejiminin Təmiz (Təcdide nəzər- Apelyasiya) Məhkəməsinin 10-cu Şöbəsi Yasir Əkbəri, Məhəmməd Təməddoni, Əta Kərimi və Nima Həsəni barəsində hökmünü açıqladıqdan və onun (Ə. Kərimi) həbs cəzasının icrasına dair qərar verdikdən sonra aprelin 19-da(Fərvərdin) Urmiyənin mərkəzi zindanına müraciət etmişdi ancaq 2017ci ilin mayın 11-də(Ordibeheşt) sağlıq sorunları səbəbi ilə Ə.Kərimi mülicə üçün müvəqqət sərbəst buraxılıb.

 

Bu slaydşou üçün JavaScript lazımdır.

oguz gif telegram