/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Xamaneyi ,Trampla agız dalaşına girib
İrana Yeni Təhrimlər gəlir !

Xamaneyi ,Trampla agız dalaşına girib

Oğuz TV: İran adlanan ölkənin sözdə dini lideri, minlərcə məsum insanın qatili Əli Xameneyi Amerikanin Başqanı Donald Trampın seçki dövründə və görəvə gəldikdən sonra elədikləri ilə Amerikanin əsl üzünü göstərdiyini söylədi.


Oğuz TV nin aldığı bilgiyə görə, Fars işğalçı rejiminin başçısı Əli Xameneyiyə aid internet saytında yayımlanan xəbərdə, Tehrandakı iqamətgahında hava qüvvələri komandirlərini qəbul edən Xameneyi çıxışında ABD Prezidenti Trumpın İran adlanan ölkəyə yönəlik açıqlamalarına toxunub.
 
 Xameneyi, “Görəvə yeni gələn adama (Tramp) işimizi asanlaşdırdığı üçün təşəkkür edirik. Bu adam, ABD nin siyasi, iqtisadi, sosial və əxlaqi dəyərlərinin korlanması ilə bağlı 30 küsur ildir ki, dediklərimizin doğruluğunu seçki kampaniyası dövründə və sonra elədikləri ilə sübut etdi ki, ABD nin əsl üzünü göstərdi”. Dedi.

 

Comments,Baxışınız
oguz gif telegram