/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Xameneyinin danışmanı Türkiyəni hədəf alıb

Xameneyinin danışmanı Türkiyəni hədəf alıb

Oğuz TV: Tehran və Ankara arasında getdikcə kəskinləşən qarşılıqlı çıxışlara qatil Əli Xameneyinin başdanışman-ı Əli Əkbər Vilayəti də daxil oldu. Vilayəti, “Suriya və İraqda dəvətsiz olanlar ya özləri çıxırlar, ya da çıxarırlar” – dedi.

Oğuz TV nin aldığı bilgiyə görə, İran adlnan yerde keçirilən 6-ci Fələstin İntifadasına Dəstək Konfransında iştirak etmək üçün Tehranda yerləşən Suriya Məclis Sədri Hədiyyə Abbasla birgə basın toplantısında danışan Vilayəti, Türkiyəni sərt sözlərlə hədəf aldı. Vilayəti, Türkiyənin Suriya məsələsində planlaşdırdığı hədəflərinə çatmadığından bu tip açıqlamalara baçvurduğunu irəli sürdü. Vilayəti, “Türk orqanları Dəməşqə gedib Əməvi Məscidində namaz qılmaq istəyirdi, ancaq gözləntiləri baş vermədi və heç vaxt da olmayacaq. Qazanan Suriya xalqı və dövləti olacaq” deyə danışdı.

“YA ÖZLƏRİ ÇIXIR, YA DA ÇIXARIRLAR”

İran adlnan yerin İraq və Suriya hakimiyyətlərinin rəsmi dəvəti ilə bu iki ölkədə olduğunu deyən Vilayəti,” İcazəsiz və dəvətsiz bu iki ölkəyə girənlər buralardan çıxmalıdırlar. Ya özləri çıxır, ya da İraq və Suriya xalqı onları çıxarır” dedi.

NƏLƏR BAŞ VERMİŞDİ?

Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Bəhreyn səfəri zamanı İran adlanan yerin İraq və Suriyada “Fars millətçiliyi” siyasəti apardığını söyləmişdi. Türkiyə Dışişlər Naziri Mövlud Çavuşoğlu da Münhendə İran adlanan sözdə ölkəni “məzhəbçilik aparmaqla” tənqid etmişdi. Irqçı fars yönətimindən Bəhram Qasimi isə İran adlnan yerə qarşı Türkiyədən edilən açıqlamalara təpki göstərərək, “Türkiyə məsələsində səbrli davranırıq; Ancaq, dözümlülüyümüzün da bir həddi var. Türk dostlarımız bu tip ifadələrini təkrar edərsə biz də susmayıp qarşılıq verəcəyik” demişdi. Ayrıca həmin gün Türkiyənin Tehrandakı Səfiri Dışişlər Nazirliyinə çağırmışdı.

Əvvəlki gün danışan Türkiyə Dışişlər Nazirliyi Sözçüsü Hüseyn Müftüoğlu isə İran adlnan yerlə bağlı, “Ölkəsinə qaçqın olaraq sığınan insanları belə müharibə meydanına sürməkdən çəkinməyən bir ölkənin bölgədəki gərginliyin səbəbkarı olaraq başqalarını ittiham etməsi qəbul olunan deyil” ifadələrini istifadə edərək, Kasımiye cavab vermişdi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture