/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Xamneyi güc göstərisi sərgiləyir
خامنه‌ای : اروپا تضمین قطعی ندهد، برجام ادامه دادنی نیست

Xamneyi güc göstərisi sərgiləyir

OğuzTv:iran İslam İnqilabı Keşikçiləri Korpusunun Sipah (SEPAH ) yüksək vəzifəli nümayəndələri ilə görüşən diktator xamneyi onlardan raket proqramı sahəsində fəaliyyətin genişləndirilməsini istəyib.
“Mümkün qədər raket sistemləri ilə bağlı fəaliyyətimizi artırmalıyıq. Düşmənə sillə kimi zərbələr endirməliyik. Düşmən bizi diqqətlə izləyir. Təbii ki, bu da uğurumuzun göstəricisidir”, – diyə İşğalçi rejim başçısı Xamenei bildirib.

 

Bu məclisdə Xamneyinin hökmü ilə “Sepah” terror dəstələrənin baş komandanı Məhəmmədəli Cəfərinin tutduğu vəzifə müddəti daha 3 il uzadılıb.Məlumata görə, Xemneyinin SEPAH terror təşkilatinin rəhbərliyi ilə görüşü əlamətli olaraq qimətləndirilir və buda fars molla rejiminin bölgədə sabitsizliyi daha pozmaq istəyinin işarəsini verir.

 Məhəmmədəli Cəfəri digər sipah başçılarıla birlikdə Amerikanin irana qoyduğu son təhrimlərərdə (sanksiya -yapdırıml)terrorist başı olaraq qara listəsində yer alıb.

Fars rejimi bununla paralel Xəzər denizində hərbi Dəniz Donanmalarıla “Güc və sabit  96” adı altında 5 günlük hərbi manevr keçirib.Menvrlər 88 min kvadrat metr ərazini (Azərbaycan suları daxil)əhatə edib.

 

Rusiya Ukraynada pozuculuq fəaliyyətinə son verməli və Suriya ilə İran rejiminə dəstəyini dayandırmalıdır. Polşann paytaxtı Varşavada səfərdə olan Amerika Prezidenti Donald Tramp Krasinski meydanında çıxışı zamanı deyib.

 

Eyni zamanda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr iyulun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin Qahirədə keçirilən birgə konfransına qatılaraq ölkəsinin Qətərlə münasibətlərindən və İranın beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Related image
Adil Əl Cübeyr bildirib ki, rəsmi Doha regionda yürütdüyü siyasətində dəyişiklik etməyənə qədər, Ər-Riyad Qətərlə əvvəlki münasibətlərini bərpa etməyəcək: “Bizim Qətərə qarşı birgə mövqeyimiz, terrorizmdən çəkdiyimiz əziyyətlərə görədir. Ümid edirik ki, Türkiyə Qətərlə bağlı bitərəf mövqe tutacaq. Lakin İrana gəlincə, məsələ fərq edir. İran rejimi, dünyada beynəlxalq terrorizmin 1-nömrəli himayədarıdır. Bu rejim, terrorizmə dəstək verən istənilən ölkəyə yardım edir və onu dəstəkləyir. Məhz buna görə də hesab edirik ki, İran rejimi ilə əməkdaşlıq edən hər bir ölkə bu addımının mənfi tərəfini görəcək. Çünki belə bir əməkdaşlığın xeyri yoxdur.

Fars molla hökuməti sanksiyalara məruz qoyulmuş bir rejimdir. İrana hakim sistem, terrorizmin əsas himayədarıdır. Fars molla rejimi beynəlxalq qanunlardan kənar bir sistem olduğuna görə dünyadan tam təcrid edilib. Elə buna görə də, onun Qətərə yaxınlaşması o qədər də təəccüb doğurmur”.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini bildiriblər. Onlar, atdıqları bu addımı, Qətərin regionun  təhlükəsizliyinə mənfi təsir edən siyasəti, İrana yaxınlaşması və ona bağlı terorrçu qruplaşmalara maddi yardım göstərməsi və beynəlxalq terrorizmə dəstəyi ilə əlaqələndiriblər. Bunun ardınca bir neçə ölkə, o cümlədən də Liviya, Yəmən Qətərlə diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.

 

 

Comments,Baxışınız
oguz gif telegram