/  
Ön yapraq » Oğuz xəbər » Xocalı soyqırım faciəsindən 24 il ötür
Xocalı faciəsindən 24 il ötür

Xocalı soyqırım faciəsindən 24 il ötür

OğuzTV:Bu faciə 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müthiş, faciəli, tarixdə analoqu çox az olan qanlı hadisələrdən biridir.

Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciəsidir. Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşən bu şəhərdə 1992-ci ilin qanlı faciəsinə kimi 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli Azərbaycan türkü və 1989-cu ildə Fərqanədən məcburi köçən Ahıskalı türklər də məskunlaşmışdılar. Lakin 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə bu insanların həyatında növbəti acı bir gün olub. Erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edilib. Əvvəlcə şəhər dörd tərəfdən erməni silahlıları tərəfindən əhatə olunub, sonra isə Xocalı artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub. Az bir vaxt ərzində şəhərdə yanğın baş verib və şəhər alova bürünüb. Fevralın 26-sı səhər saat 5-ə qədər şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Lakin hər tərəfdə pusqu quran terrorçu ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Erməni silahından yayınıb meşələrə, dağlara qaçanların çoxu isə şaxtadan donaraq ölüb.

Həmin gecədə 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. Xocalının yerli sakinlərinin dediklərinə görə, əsirlikdə ahıskalı türklərə qarşı xüsusi amansızlıqla davranılıb. Şahidlərin sözlərinə görə, ermənilər onlara deyirlərmiş ki, “siz türklər Xocalıya bizimlə müharibə etmək üçün gəlmisiniz və bunu canınızla ödəyəcəksiniz” deyibdə ağır işkəncələr verərək öldürürdülər.
Ümumiyyətlə cinayətkar erməni və rus vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub. Öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olublar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir edib.
Bu insanlıq tarixinə vəşilikləri və qəddarlıqları ilə qara ləkə olan erməni terrorçularının Türk xalqına qarşı növbəti soyqırım idi.
Türk xalqı ermənilər tərəfindən törədilmiş digər soyqırımlarla yanaşı Xocalıdakı soyqırımı da heç vaxt unutmayacaq.

Sami Süleymanlı

 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram