/  
Ön yapraq » Oğuz xəbər » Xocalı soyqrımı dünyanın ədalət şəhərində anılacaq+Video Görüntü

Xocalı soyqrımı dünyanın ədalət şəhərində anılacaq+Video Görüntü

Oğuz TV: Hər il olduğu kimi bu ildə Avropada yaşayan soydaşlarımız Xocalı soyrqımını qeyd edəcək. Bu barədə Azərbaycan-Türk kültür dərnəyinin başqanı İlhan Aşkın Oğuz TV- Xəbər otağına özəl müsahibəsində bildirdi.
180477_1878452005051_1353782157_32147697_2239560_n“Hər il keçirdiyimiz Xocalı proqramını bu il Azərbaycan səfirliyinin dəstəyi və Azərbaycan diaspora təşkilatları ilə birgə hazırlamaq qararına gəldik. Bu il anım proqramımıza uşaqlara özəl çağrış etdik. Ona görə ki, Azərbaycan Türkünə qarşı törədilən bu dəhşətli qətliamı gələcəkdə xalqımızın unutmaması üçün gələcəyimiz olan uşaqlara anlatmaq məcburundayıq.
Bu anma proqramları ilə Avropalılara xalqımızın qarşılaşdığı haqqsızlıqları anlatmaq və ermənilərin tarix boyunca ikiüzlü siyasət yeritdiklərini və hətta özlərinin törətdikləri vəhşilikləri biz Türklərin elədiyi kimi göstərərək, avropalıları aldatdıqlarını burdan göstərmək istəyirik.

Avropada yaşayan bütün soydaşlarımızdan duyarlı olmağa, bu tədbirdə iştirak etməyə, gücümüzə güc qatmağa dəvət edirik.
Türk olduqları üçün Türk yurdu Xocalıda Şəhid edilən soydaşlarımızı Türk dünyası olaraq anacaq, əsrin ən dəhşətli soyqırımı olan Xocalını Avropanın mərkəzi və dünyanın ədalət şəhəri olan Haaqadan dünyaya çatdıracağıq.
Bu tədbirdə Türk dünyasının hər bir ölkəsindən olan Türk qardaşlarımızın birlik və bərabərlik göstərməsini, təyin edilən bu toplantıya qatılmalarını önəmlə rica edərək, hər birinizə öncədən təşəkkürlərimizi bildiririk.”Sayın Aşkın bildirib.

 

Xatırladaq ki, Azərbaycan-Türk kültür dərnəyinin Azərbaycan diasporası ilə birlikdə hazırladığı bu tədbir fevral ayının 22-si Avropa vaxtı ilə 11:00-da Hollandiyanın Haaqa (Den Haag) şəhərində yerləşən Xocalı anıtının qarşısında təşkil ediləcək.

 

Comments,Baxışınız
oguz gif telegram