/  
Ön yapraq » Oğuz xəbər » Xocalıda yaşanan əsrin faciəsindən 25 il ötür

Xocalıda yaşanan əsrin faciəsindən 25 il ötür

Oğuz TV: 25 il öncənin bu günü Quzey Azərbaycanın Xocalı şəhərində görünməmiş bir faciə yaşandı.

I Qarabağ savaşı zamanı 1992-ci ilin 26 fevral tarixində erməni və rus birləşmələri Xocalı şəhərində tarixdə görünməmiş bir vəhşiliklə Azərbaycan Türklərinə qarşı soyqrım törətdilər. İşğalçılar əliyalın, silahsız dinc sakinlərə hücum edərək yeddidən yetmişyeddiyə hərkəsi qətl etdi, qadın, qız, yaşlılara təcavüz etməkdən belə çəkinmədilər. Onlarla körpə uşaq ana-atasının gözü önündə amansızlıqla qətl edildi. Azərbaycan kişisinin gözləri önündə qadınına, bacısına təcavüz edildi.Körpə uşaqlarımızın dərisi diri-diri soyuldu. 

Bu yaşananlar bir faciədən də artıq idi. İnsanlıq hələ belə vəhşiliyə şahidlik etməmişdi. O qanlı gece zamanı Xocalı əhalisi ilə birlikdə yer üzündən silindi. Bu bir şəhərin faciəsindən çox dünyada insanlığın faciəsi idi. 

O gecədən geriyə isə  63-ü uşaq, 106-si qadın, 70-i qarı və qoca olmaqla 613 Şəhid, 487 yaralı və 1275 əsir qaldı.

Dünyada insanlığın ayıbı olan bu faciədən sonra təssüflər olsun ki, dünya dövlətləri yaşananlara görə bunu Azərbaycan Türklərinə yaşadanları laiqli cəzalandıra bilmədi ki heç, bir çox hallarda onlardan yana qərarlar qəbul etdilər. 

Xocalı faciəsindən ötən 25 il ərzində yaşanan insanlıq dramını Pakistan, Sudan, Meksika, Kolumbiya,Çexiya,Peru,Honduras,İordaniya ,Cibuti və Amerikanın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas , Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Virginia, Konnektiku, Florida, Indiana, Indiana, Yutah, Nebraska, Havay, Montana, Aydaho şatatları faciə olaraq tanıyıb. 

Təssüflər olsun ki, bu günə kimi Xocalıda millətimizə o dəhşətləri yaşadanlar hələ də öz cəzalarını almayıb.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture