/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Xoyda 12 soydaşımız həyatını itirdi

Xoyda 12 soydaşımız həyatını itirdi

Oğuz TV: Güney Azərbaycanın Xoy şəhərinin Şorik kəndində baş verən qaz partlayışı nəticəsində 12 soydaşımız həyatını itirib. Hadisə kənddəki evlərdən birində qaz patlaması nəticəsində baş verib.
İlk öncə 27 nəfərin ağır yaralandığı xəbəri verilirdi.
Yaralıların Urmu, Təbriz kimi şəhərlərin xəstəxanalarına yerləştirilməsinə baxmayaraq, bu şəhərlərin xəstəxanalarında bu xəstələrin müalicəsi üçün heç bir şərait olmayıb, buna görə də, xəstələri Tehran və İsfahanın xəstəxanalarına yollayıblar.
Öncə 7 nəfərin həyatını itirdiyi bildirilsə də, sonrada əslində 12 nəfərin öldüyü məlum olub. Ölənlərdən 5-i Tehranda, 3-i Təbrizdə, 3-ü Urmuda, 1-i İsfahandakı xəstəxanada həyatını itirib.
Hadisə qurbanlarının yaxınlarına başsağlığı verən Urmulu millət vəkili Nadir Qazipur, Qərbi Azərbaycanda yetəri qədər tibbi avadanlıq və imkanların olmadığından şikayətlənib. “Şorik kəndində qaz balonunun partlaması nəticəsindən baş verən yanğın, çox acı bir hadi hadisə idi və hər kəsi kədərləndirdi. Tibbi avadanlıq və imkanların məhdud olduğu üçün hadisədə xəsarət alanların bir neçəsi Tehran və İsfahana köçürüldü. Bütün bunlar göstərir ki, Qərbi Azərbaycanda xüsusi yanıq xəstəxanasına ehiyac var. Biz bunu dəfələrlə tələb etmişik, lakin tələbimiz təmin edilməyib”- deyə millət vəkili vurğulayıb.
Diqqətinizə çatdıraq ki, Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayan İran rejmi bölgədə insanların ən adi rahatlıqlarını belə təmin etmir.
Bu da rejmin Güney Azərbaycanı İran olaraq görmədiyini sübut edir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture