/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Xoyda həyatını itirənlərin sayı 14-ə yüksəldi

Xoyda həyatını itirənlərin sayı 14-ə yüksəldi

Oğuz TV: Xəbər verdiyimiz kimi, birneçə gün bundan öncə Güney Azərbaycanın Xoy şəhərinin Şorik kəndində evlərdən birində qaz balonunun partlaması nəticəsində çox sayda soydaşımız yaralanmışdı. Ağır yanıqlarla yaralıların Urmu, Təbriz kimi şəhərlərin xəstəxanalarına yerləştirilməsinə baxmayaraq, bu şəhərlərin xəstəxanalarında xəstələrin müalicəsi üçün heç bir şərait olmayıb, buna görə də, xəstələri Tehran və İsfahanın xəstəxanalarına yollamışdılar. Lakin yaralılardan çoxunun həyatını xilas etmək mümkün olmayıb. 

Dünən yayılan məlumatda 12 nəfərin həyatını itirdiyini, bu gün isə sayın 14-ə çatdığı bildirilir. 

Güneydən əldə etdiyimiz bilgiyə görə, bugün faciə nəticəsində həyatını itirən soydaşlarımız dəfn edilib. Milli fəalların da qatılımı ilə baş tutan cənazə mərasimində insanlar İran rejminə qarşı etirazlarını səsləndirib, bunun səbəbkarının rejmin bölgəyə olan diqqətsiz münasibəti olduğunu bildiriblər. 

Güney Azərbaycanın sərvətlərini talayan islam rejmi, bölgəni tam diqqətdən uzaq saxlamaqdadı. İnsanların ən adi hüquqi və insani haqqlarını əlindən aldığı kimi, yaşam şəaritlərini də bərbad durumda saxlamaqdadı. 

Rejim Güney Azərbaycana və Azərbaycan Türklərinə göstərdiyi bu yad münasibəti ilə Güney Azərbaycanın iran olmadığını sübut etmiş olur. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture