/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Yəmən gərginliyi ağırlaşdırır

Yəmən gərginliyi ağırlaşdırır

OğuzTv:Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh İran fars molla rejiminin dəstəklədiyi husi  terror silahlı dəstələr tərəfindən öldürülüb.Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin ölümü ölkədə onsuz da çətin olan siyasi vəziyyəti olduqca ağırlaşdırır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçmiş dövlət başçısının üsyançı husilər tərəfindən öldürülməsi xəbərini şərh edərkən deyib.

Fars rejiminin maliyələşdirdiyi və silahlandırdığı  husilər  terror qrupu Yəməndə sabiq prezident Əli Abdullah Salehə hücum zamanı “Ümumi Xalq Konqresi” partiyasının istinadən, sabiq prezidentin partiyası baş katibin ölümünü təsdiqləyib.
Yəmən paytaxtı tamamilə husilərin nəzarəti altına keçdi.Yəməndə İran molla dövlətinə bağlı olan husilər (“Ənsər Allah” hərəkatı) ölkənin paytaxtı Səna şəhərini tam nəzarət altına alıblar.

Bu barədə yerli televiziya kanalı məlumat yayıb. silahlılar “Yemen Today” telekanalını ələ keçirərək 41 jurnalisti binada girov saxlayırlar.  Dekabrın 2-də Əli Abdulla Saleh “Yemen Today” telekanalının efirində çıxış edərək xalqı husilərə üsyana qalxmağa səsləyib, hərbçiləri isə husilərin əmrlərinə tabe olmamağa çağırıb . O, atəşkəsə nail olmaq və ölkəyə humanitar yardımın buraxılması üçün qonşu ölkələrlə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
Yəmən ordusunun nümayəndəsi bildirib ki, husilər Salehi şənbə günündən izləyirdilər və o, atışma zamanı öldürülüb. Arif əz-Zuka da sabiq prezidentlə eyni avtomobil karvanında olub.Yəmənin keçmiş prezidentinə vəfalı qüvvələrlə şiə-husilər arasında qarşıdurmaların şiddətləndirilməsinin ardınca, dekabrın 4-ü sübh saatlarında İranın Sənadakı səfirliyi raket atəşinə tutulub.

Ərəb xəbər agentliklərinin yaydığı məlumata əsasən, raket atəşi nəticəsində İran səfirliyində yanğın əmələ gəlib. Hadisənin təsadüfi olduğu və ya hansısa cərəyanlar tərəfindən qəsdən törədilməsi hələlik bilinmir. Həmçinin raket atəşi zamanı səfirlik binasında iranlı diplomatlardan kimlərinsə olub-olmadığı haqda hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, irana bağlı Terror qrupu  husilər, Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qüvvələr arasında silahlı münaqişə 2014-cü ildən davam edir.

 

 

Comments,Baxışınız
oguz gif telegram