/  
Ön yapraq » Oğuz xəbər » Yaxın Şərqi qana boyayan iki müttəfiq arasında sorun yarandı

Yaxın Şərqi qana boyayan iki müttəfiq arasında sorun yarandı

Oğuz TV: Rusiya, bölgədəki ən böyük müttəfiqi İrana satdığı S-300 raketlərini İsrailin uyarılarında sonra göndərməkdən imtina etdi.

Türkiyənin Yeni Şafak qəzetinin verdiyi məlumata görə, Rusiya, İrana S-300 hava müdafiə sistemini Tehran rəhbərliyinin Hizbullaha silah verməsini səbəb göstərərək satmaqdan imtina etdi. Küveyt qəzeti “El Ceride”, Rusiya Dövlət Başçısı Vladimir Putinin İrana S-300 hava müdafiə sistemi transferi qərarını ləğv etdiyini bildirdi.

Xəbərə görə, Putinin qərarının səbəbi, İranın bu Rus silah sistemlərini Hizbullaha göndərəcəyidi. Xəbərdə, İranın  Rus hava müdafiə silahlarını Hizbullaha göndərməmək sözü verdiyi, lakin bu sözünü yerinə yetirmədiyi bildirilir.

Rusiya və İranın Suriyaya göndərdiyi inkişaf etmiş silahların Hizbullahın əlinə keçməsindən narahatlığını  tez-tez dilə gətirən İsrail Baş naziri Benjamin Netanyahu isə keçdiyimiz günlərdə verdiyi açıqlamada, “İranın Suriya üzərindən Livandakı Hizbullaha müasir  silahlar göndərməsinə razı olmarıq. Golan təpələrində İsrailə istiqamətli ikinci bir terror cəbhəsi açılmasını da qəbul etmərik. Bunlar İsrailin qırmızı xəttləri olaraq təyin olunmuşdur və İsrailin qırmızı xəttləri olaraq qalmağa davam edir ” deyə bildirmişdi.

Xatırladaq ki, Rusiya, 1385-ci ildə  (2007) İrana 800 milyon dollar dəyərində S-300 raket sistemi satma razılaşması imzalamış, ABŞ və İsraildən gələn təzyiqlər  səbəbindən, 1388-ci ildə (2010)  raket sisteminin təslimini  təxirə salmışdı. İranın Qərblə razılaşmasından sonra,  Rusiya S-300 hava müdafiə sistemlərinin İrana təslim ediləcəyini bildirmişdi. Lakin bu  qərar İsrail dövləti tərəfindən təzyiqlərlə  qarşılanmışdı.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture