/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Yenicə azadlığa çıxan Əsədulla Əsədi zindandakı ağır durumu ifşa etdi

Yenicə azadlığa çıxan Əsədulla Əsədi zindandakı ağır durumu ifşa etdi

OğuzTV: 13 bəhmən 1394-cu il Doktor Əsədulla Əsədi Təbriz zindanından azadlığa buraxıldı.

Özünün söylədiyinə görə, tutulub zindana aparıldığı zaman 3 məmur tərəfindən ağır döyülən fəal, qanunsuz döyüldüyü üçün etiraz edəcəyini bildirib.  Bu zaman Əsədiyə məmurlar soyuq silah göstərərək,  onu adam öldürməkdə günahlandıra biləcəklərini söyləyiblər.

Zindanın durumundan danışan milli fəal 3 nəfərə 1 nəfərin yeməyini verdiklərini söyləyib.Əsədi onu da qeyd edib ki, Təbriz zindanındakı məhbusların milli fəallara xüsusi diqqət göstərərək, onlara sahib çıxmağa çalışırlar.  

Qeyd edək ki, Təbrizdə həkim olaraq çalışan 51 yaşlı milli fəal Əsədullah Əsədi, əslən Qaradağ mahalındandı. O, hər zaman Qaradağın imkansız ailələrinə pulsuz tibbi xidmət göstərmiş, əlindən gələn yardımı Qaradağın yoxsul xalqından əsirgəməmişdi. Ona görə də bu fəala həm milli fəallar, həmdə qaradağlılar  böyük sayğı göstərir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture