/  
Ön yapraq » Oğuz xəbər » Yezidi kürdlərinin lideri Azərbaycan əlehinə bəyanat verdi

Yezidi kürdlərinin lideri Azərbaycan əlehinə bəyanat verdi

Oğuz TV: Ermənistanda yaşayan yezidi kürdlərinin lideri Azərbayacan əlehinə bəyanat verib.

Ermənistan mətbuatına istinadən xəbər verir ki, Əziz Tamoyan Dağlıq Qarabağda azərin 28-də (19 dekabrda) öldürülmüş PKK terrorçusunu müdafiə edərək bildirib ki, öldürlən əsgər terrorçu deyil, Ermənistanda yaşayan kürdlərdən biridir: “Son vaxtlar Azərbaycan mətbuatı Ermənistan –Azərbaycan sərhəddində öldürülən yezidi kürdü olan əsgəri PKK terrorçusu kimi təqdim edərək öz xeyirlərinə istifadə edirlər. Bildirmək istəyirəm ki, Ermənistanda digər azsaylı xalqalarla yanaşı, 60 min yezidi kudu yaşayır və onların hüquqları qanunla qorunur. Kürd və Erməni xalqları qardaşdılar, onları bir birlərinə tarixi tellər bağlayır”.

Əziz Tamoyan Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən yezidi kürdlər haqqında da danışıb: “Qeyd etmək istəyirəm ki, Qarabağ müharibəsi zamanı erməni qardaşlarımızla yanaşı, 500 nəfərdən ibarət yezidi kürdü də döyüşürdü. Ermənistanın tam hüquqlu vətəndaşları kimi, bu gündə gənc yezidlər Erməni xalqının mənafeyini və sərhədlərini qoruyurlar”.

Qaynaq: Lacin.info

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture