/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Zəfər bayramında Türkçülər meydanlarda (Görüntü)

Zəfər bayramında Türkçülər meydanlarda (Görüntü)

Oğuz TV: 30 avqust qardaş Türkiyədə zəfər bayramı qutlanır. 

Bu gün münasibəti ilə mərkəzi Ankarada yerləşən Tanrıdağ Türkçülər Dərnəyi M. K. Atatürkün kurqanına yürüş təşkil etdi. Ənənəvi yürüş Təbriz vaxtı ilə saat 17:30 da Ankaranın məşhur “Kızılay” meydanından başladı. Əllərində yeddi özgür Türk cümhuriyyəti ilə birlikdə Göytürk, Qaraqalpaq kimi tarixi Türk dövlətlərinin bayraqlarını daşıyan 300-350 arası türkçü sloqanlar söyləyə-söyləyə Anıtkabirə yürüş etdilər. 

Hər zaman hər bir Türk toplumunu, özəlliklə də işğal altındakı toplumlarımızı unutmayan türkçülərin bu dəfəki sloqanlarında yenə Təbriz, Kərkük, Doğu Türkistan,Qarabağ var idi. 

Gənclər “Mustafa Kamalın əsgərləriyik”, “Bakı, Təbrik, Ankara, yürüyürük Turana”, “Kərkük kürdə məzar olacaq” və s. kimi sloqanlarla yürüşə davam etdilər. Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyənin varlığını borclu olduğu şəxs, Atatürkün kurqanını ziyarət edən gənclər, kurqanın önündə qədim törəmizə uyğun olaraq diz vurdular və Milli marşı ifa etdilər. 3 saata yaxın davam edən yürüş Milli marşın oxunması ilə sona çatdı.

Xatrladaq ki, zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə sonuclanan “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture