/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Zəncanda fabrik işçilərinin eyləmi davam edir

Zəncanda fabrik işçilərinin eyləmi davam edir

Oğuz TV: Xəbər verdiyimiz kimi Zəncanın “Transfo” fabrikinin işçiləri günlərdi etiraz eyləmi keçirir. Rəhbərliklə razılaşa bilməyən işçilər bu gün də eyləmlərini davam etdirirlər.

Bu arada 3 gün öncə Zəncan valisi açıqlama verərək fabrikin başçısına dəstəyini bildirib. Vali Cəmşid Ənsari haqqları pozulan, işdən atılan işçilərin etirazlarını yolverilməz və əksinqilabçılıq adlandırıb. Soydaşlarımızın haqqlarını tələb etməsinin əksinqilabçı təşkilatlarla əlaqəli olduğunu qeyd edən vali, etirazçıları ölkə başçısının siyasətinə qarşı çıxmaqda ittiham edib. 

Türk işçilərin haqqlı etirazına fərqli don geyindirməyə çalışan rejim, adəti üzrə eyləm iştirakçılarını xarici ölkələrə və əksinqilabçılara bağlamağa çalışır.

Xatırladaq ki, iki həftəyə yaxındı Zəncanın “Transfo” fabrikinin işçiləri işdən çıxarılmalarına, fabrik rəhbərliyinin onlarla bağladığı müqaviləni dəyişdirməsinə və fabrikin üçdə bir səhmlərinin M.Tahiri adlı bir nəfərin adına özlləşdirilməsinə qarşı etiraz eyləmləri keçirirlər. 

Etirazçılar fabrikin yeni başçılarından Tahirinin SEPAHa bağlı bir şəxs olduğunu və işçilərin hüququnu pozduğunu bildirirlər. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture