/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Zəncanda mədəniyyət mərkəzi açılacaq

Zəncanda mədəniyyət mərkəzi açılacaq

Oğuz TV: Mərkəzi Təbriz şəhərində yerləşən Azərbaycan mədəniyyət evinin Zəncanda dəftərxanası açılacaq.

Bu barədə Zəncan şəhərinin ostandarisi Cəmşid Ənsari məlumat verib. Ostandari onu da qeyd edib ki, bu mədəniyyət mərkəzi Zəncanın “Kosər” adlı mədəniyyət evinin yanında fəaliyyətə başlayacaq. Bundan başqa Türk mədəniyyətini yaymaq üçün Güney Azərbaycanın Urmu, Ərdəbil kimi böyük şəhərlərində də belə mədəniyyət evlərinin açılması gözlənilir.

Zəncan ostandarisi Cəmşid Ənsari onu da vurğulayıb ki, dövlət altıncı inkişaf programında bizim mədəniyyətimizə daha çox diqqət ayırmalıdı.

 

Comments,Baxışınız
oguz gif telegram