/  
Ön yapraq » Yayım » Oğuz Media qrupunun tüzüyü (nizamnaməsi)

Oğuz Media qrupunun tüzüyü (nizamnaməsi)

          Adımız, Soyumuzdan gəlir ! Soyumuzun haq səsi olmağa gəldik
GİRİŞ

Azərbaycan topraqlarının son 200 ildə ardıcıl olaraq parçalanması və 85% ərazisinin bu gündə işğal altında olması, millətimizi bir çox alanda normal və standard yaşamdan geri qoyaraq, ağır duruma düşürmüşdür. Azərbaycan dünyanın önəmli bir parçası və Türk dünyasının göz bəbəyi olmasına baxmayaraq, işağalçı millətlərin ırqçı siyasəti və geri qalmış məstəmləkəçilik mədəniyətlərinın basqısı nəticəsində normal insani yaşam alanlarının hamısından məhrum qalmışdır
Azərbaycan Türkləri, Azərbaycanın Güneyində, Qarabağda, Doğu Türkmən Eli və Batı Türkmən ellərində öz kimlik və varlıqlarını qorumaq üçün ölüm-dirim savaşı verməkdədilər, ancaq öz haqq səslərini yetərincə dünyaya çatdıra bilmədiklərı üçün ciddi çətinliklərlə qarşı-qarşıyadırlar.
 
Əsas sorun və acınacaklı durum, Azərbaycan Türklərinin (Güneydə və türkman elində )21 ci əsrdə, özlərinə aid milli və tərəfsiz mediyasının olmaması və bəzən olduğu hallar`da çox zəif və yetərsiz olmasıdır.
Şübhəsizki, çağımızın üstün texnolojisi və üstün xəbərləşmə araçlarının olduğu bir dövrdə, belə sorunların olması bir millətin səssizcəsinə yox olmasına nədən olacaq.
Vətənimizi və ulusumuzu bu ağır durumdan qurtarmaq üçün, hər bir Azərbaycan Türkü düşünməli və vətən yolunda əlindən nə gəlirsə öz çabasını göstərməlidir. Bu Hər bir Azərbaycan Türkünün milli borcudur.
 
Biz bu milli görəvi omuzlarımız`da his edərək, aynı zamanda söz azadlığı və demokratik dəyərlərə inanaraq, öz fəliyətlərimizi BMT-nin nizamnaməsi, Uluslararası İnsan Haqqları Bəyannaməsi və insan haqlari ilə bağlı mövcud Avropa sözləşmələrini əsas tutaraq, ırqçılıq, işğalçılıq və ayrı-seçkiliyə qarşı mübarizə aparırıq. Dünyada yaşayan bütün insanların eşit hüquqlara sahib olduğuna inanaraq, öz millətimizin özgürlüyü və birləşməsini gərəkli bilir və dünyanın digər ulusları kimi, Azərbaycan Türklərini də özgür görmək istəyirik. Biz bu yolda Azərbaycan Türk gəncliyinin inam və iradəsinə güvənərək yola çıxdıq.
 
Oğuz  Media Qrupu Tanıtım
1 -“Oğuz” media qrupu, Azərbaycan milli fəallarından ibarət könüllülər tərəfindən qurulub və media sahisində “Oğuz Az TV-Radio” adıyla çalışır.

2-“Oğuz” media qrupu heç bir dövlət, ölkə və siyasi bir təşkilata bağlı deyil. “Oğuz” media qrupu Milli fəalların öz içindən seçilən yönətim qurulu tərəfindən yönətilir.

 

3 -“Oğuz” media qrupu milli fəalların əməyi və maddi dəstəyi ilə internet üzərindən yayıma başlayıb, qısa bir zaman`da uydu aracılığı ilə televizyon ekranlarda öz dinləyici və izləyicələri ilə görüşməyi amaçlayır.
3a“Oğuz Az” Tv-Radio , Sitə və eləcə  hazırlanan yayımların madı məsrəfləri və xərclərini, milli fəaların yardımı və könüllü OMQYQ üyələrinin tərəfinən qarşılanır . Oğuz Media qrupu öz maddi masraflərini Bütöv Azərbaycan və Türk dünyasının könüllü milli fəalarının maddi yardımlarıla qarşılanır ,bunun yanısırasında “Oğuz” media qrupu,gələcək`də “öz imkanları daxılındə” öz yayımlarının gündəlik madi məsrəflərini qarşılamaq üçün,Türk dünyasının iş  alanlarına ,siyasi və kültrəl və diaspora alanlarına ,öz ekranlarında və veb sitəsində , meida xidmətləri sunmağa  çalışacaqdır.

4 -“Oğuz” media qrupu Türk millətinin səsi olmağı məram seçərək , öz imkanları daxılındə, başda Azərbaycanın Güneyi olmaq`la, Bütöv Azərbaycan milli məsələlərini və eləcə Türk dünyasının pərdə arxasında qalan milli sorunlarını aydınlatacaqdır.
 
Oğuz Media Qrupu Yayın Etikləri və İlkələri
1- “Oğuz Media Qrupu”, öz TV-Radio və sitəsindən yaydığı bütün yayım və xəbərlərdə, öz etik dəyərlərinə dayanaraq fəaliyət edəcəkdir.
 
2- “Oğuz Media Qrupu”, İnsan haqlarında tərif olunmuş media ilkələrinə dərindən inanaraq, gərçək, doğru, tərəfsiz və bağımsız bir duruşla, millətimizə biligi təmin etməyi və eləcə millətimizin səsi olmağı özünə borc bilir.
2-A Düşüncə, inanc və vicdan ifadəsi, eləcə`də siyasi baxışlar özgürlüyü Oğuz Media Qrupunda sınırlayıcı olmayacaqdır.
 
2-B Oğuz Media Qrupu” rəsmi səhifələrində və yayınların`da heç kimsənin, adı, milliyəti, ırqı, cinsiyyəti, yaşı, sağlamlıq durumu, xarici görünüşü, sosial səviyyəsi, özəl həyatı, dini inanclarına görə dəyərləndirilmiyəcək,qınanmayacaq və aşağılanmayacaqdır, aynı zamanda, belənçi davranışlara`da digərləri tərəfindən (Oğuz media fəaliyətinin çizgiləri içində ) kəsinliklə izin verilmiyəcəkdir.
 
2-C Oğuz media`da Genəl əxlaq anlayışından uzaq, hər hansı bir davranışlara yol verilməyəcək. İnsanların özəl həyatı və ailə ilkələri, onların dini və dünyəvi baxışlarına görə dəyərləndirilməyəcək, siyasi baxışlarına sayqı qoylacaq.
 
2-D İran və Ermənistan dövlətlərinin hüquqi yasaları və onların verdiyi qərarlar dışında bütün dünya ölklərində sanık olduğu birisi yaşadığı ölkənin qanununila, ya təşkilat qeydiyat olduğu ölklənin yasa və yarğı qərarları ilə günahkar bilinmədikcə heç kim və heç bir örgüt “suçlu” sayılmayacaqdır. İran və Ermənistan dövlətləri dışında bütün dünya dövlətlərinə hörmət və bütün dünya  millətərinə sayğı ilə yanaşırıq. İran və Ermənistan dedikdə  Erməni milləti və ya iranlılar ( Fars  və ya sayrə millətlər )  nəzərdə tutulmur.
 
2-E Doğruluğundan şübhə edilən xəbərlər, doğruluğundan əmin olmadan yayınlanmayacaqdır.
 

2-Ə Gərəkdiyi zaman xəbər qaynaqlarının gizliliyinə ciddi şəkildə riayət ediləcəkdir. Gizli qalması şərti ilə əldə edilən xəbərlər, bilgilər, səs və görüntülər kamu yararı (əfkar umumi mənfəəti) ciddi bir biçimdə gərəkmədikçə yayınlanmayacaqdır. Qaynağın gizlilik səbəbi şəxsi, siyasi, əmniyəti, iqtisadi vs ola bilər.

 

2-G Hər hansı bir media orqanına aid ürünlər və yayımlar, o yayın orqanından izin alınmadan vəya açıq qaynaq olmadığı surəcə Oğuz az TV və Radyo da yayımlamayacaqdır. Eyni davranışı qarşılığlı olaraq “Oğuz Media Qrupu” digər media orqanlarından gözləməkdədir.
 
2-Ğ Digər media qrumlarından alınan görüntülər, xəbərlər, arşıvlər qaynaq sahibindən izin almaq`la yanaşı ürünə əl aparmadan, deyimşədən sunulacqdır. Eyni davranışı qarşılığlı olaraq “Oğuz Media Qrupu” digər media orqanlarından gözləməkdədir.
 
2-H Digər Media orqanları, Oğuz AZ TV və Radyo yayımlarında yanlış gördükləri hər hansı yayım`da cavab və ya təkzib, haqqına sayğı duyuruq. Bənzər durumlar`da qarşılığlı sayğı gözləyirik.
 
2-X Oğuz Az TV-Radyo, proqram və söyləyişlərinə qatılan bütün qonaqlar, şəxslər, siyasi təşkilatlar, qurumlar və tartışan tərəflər eşit haqqlara və zamanlara sahibdirlər. Şəxlərinvə quruluşların siyasi baxışları milli mənfətlər gərəkdiğində və siyasi etiklərə dayalı şərtilə tənqid etmək və onlar haqqında fikir yürütmək ötəsində, aşağılayan və ya iftira və ya qaralama nitəliyi daşıyan heç bir ifadəyə,yazıya kəsinliklə yer verilməyəcək.
 
2-I Oğuz Az TV və Radyo proqram aparcıları və proqramlara qatılan şəxslərlər və təşkilatların düşüncələri, siyasi baxışları, dini inancları və başqa fikirləri, “Oğuz Media Qrupunun” baxışı və inancını yansıtmır.
 
2-İ “Oğuz Media Qrupu” “Genəl yayın” olaraq fəaliyyət göstərir və bütün yaş qruplarını özündə birləşdirərək, hər hansı bir cinsəllik və ya şiddət içərən uyğunsuz, açıq-saçıq görüntülərə və xəbərlərə izin verməyərəq, eləcə ayrı seçkilik və ya saldırqan dildə danışqlar və tartışmalara yol vermiyəcəkdir. İnsan sağlamlığına zərər verən və ya uşaqlarımıza yanlış örnək olan görüntülərdən uzaq olacaqdır .
 
2-J “Oğuz Media Qrupunun” ürünləri (məhsul`ları) və yayımları, 90% Azərbaycan Türkçəsində olmaq`la, 3 ayrı dildə daha olacaqdır. Yayınların 5%- Türk dünyasının müxtəlif Türkçə ləhcələri və şivələri olacqdır (Qaşqayı, Anadolu-Türkmənistan.. ), digər 5%-İngiliscə və Farsca* olacaqdır.

*Fars dillində program yaratmaqla məqsədimiz fars dilinə qulluq etmək və ya onu yayqınlaşdırmaq dəyildir. Amacımız bu dildən vasitə kimi istifadə edərək “iran” zindanın`da əsir olan 40 milyondan aşqın Güney Azərbaycan, Qaşqay və Türkmən Türklərinin ağır durumları yansıtmaqdır.“Oğuz Media Qrupu” öz imkanları dayrəsində “iran`da” bütün əsir qeyri-fars millətlərin səsi olmağa`da çalışacaqdır 

 

Oğuz Media Qrupu Yönətim Qurulu

1. “Oğuz Media Qrupu” bir qrup milli fəalların iradə və istəyi ilə qurulub və öz fəaliyətində yol xəritəsini Oğuz Media Qrupu Yönətim Qurulu (OMYQ) tərəfidən çizilir və bütün qərarlar bu qurul tərəfindən alınır.

2. OMQYQ qurucu üyələri və fəaliyət göstərən qatılımcı üyələrdən ibarətdir. Qərarlar OMQYQ üyələrinin (2/3) 3-də 2-si toplandığında qərar qəbul ediləbilər. Qərarlar olumlu (muvafiq)oyların %51 çoxunluğula qəbul olunur ,eyni zamanda qurucu üyələr alınan qərarları geri çevirmə haqqına sahibdirlər.

 

3. OMQYQ üyələri arasında hər 6 aydan bir oyvermə ilə OMQYQ-nun yönətim sözçüsü seçilir. OMQYQ-nun sözçüsü lazimi zamanlarda yönətim qurulunun istək və ya qərarlarını açıqlayabilər və çıxışlar edəbilər. Sözçüsünün görəvi OMQYQ qərarlarını açıqlamaq və çatdırmaqdır.
 

4. “Oğuz Media Qrupunun” qapısı mediya alanında Türk dünyasının bütün milli fəallarına, özəliklədə Güney Azərbaycan milli fəalları və qurumları üzürinə açıqdır. Bütün vətənsevər yazar və gazətəcilər, araşdırmacılar, media və texnik üzmanları,“Oğuz Media Qrupuna” qoşularaq fəaliyyət göstərə bilərlər.

4.1. İran və ermənistan rejimlərilə əməkdaşlıkda olmuş  və ya terror təşkilatlarına uyə olanlar Oğuzmedia qrupuna uyə ola bilməzlər

4.2. Fəal və uyə olamaq istəyən soydaşlar, Oğuz media qrupunun tüzüyü incəliyib, fəaliyət şərtlərinə onayları olduğu halda ,OĞUZ FORMUNU doldurmaqla uyəlik diləkcəsin” OMQYQ”aya göndrməlidir  .

5.Yeni qatılan üyələr yönətim quruluna qatılmaq istəkiləri halda  daxili əsasnamə və displimlərə uygun 8 ay fəaliyyət göstərip və bütün qurucu üyələr tərəfindən güvən oyu aldıqdan sonra OMQYQ-na qoşulma və Yönətimdə oy vermə haqqı qazana bilərlər.

6. Qurucu üyələr üyəlikdən ayrıldıqları halda, geri dönmələri təqdirdə, ancaq çalışdıqdan sonra yenidən və sadəcə qatılımcı üyə olabilərlər.
7. Üyə olduqdan sonra, hər hansı bir fəaliyyət göstərməyən üyələr 8 ay sonra otomatik olaraq üyəlikdən çıxarılacaqdır.

7.1. Bu vaxt qurucu üyələr üçün 1 ildir.

 

Oğuz Media Qrupu Yönətim Qurulu (OMYQ)
Jan 2016

oguz gif telegram